PDF Oxu

Siyasət

  • 986

Azərbaycan öz gündəmini makroregional kontekstdə müəyyənləşdirən gücdür

image

2025-ci il oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud iştirakı ilə keçirilən iclas ilk baxışdan bir sıra postsovet diplomatik forumlarında keçirilən sıravi tədbir idi. Bununla belə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli dostluq və konstruktiv formada səsləndirdiyi nitq rəsmi Bakının regionda yeni xarici siyasət fəlsəfəsini nümayiş etdirən, strateji addım kimi qiymətləndirilə bilər.

Dövlət Başçısının çıxışını üç əsas hissələrə bölmək olar ki, onların hər biri mühüm məna daşıyır: ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, humanitar layihələr fonunda suverenliyin bir daha nümayiş etdirilməsi və təstiqlənməsi və Azərbaycanın dinamik və etibarlı cazibə mərkəzi olmasıdır.

Cənab İlham Əliyev çıxışına ümumi sözlərlə deyil, səmimi ifadələrlə Tacikistan prezidenti cənab Emoməli Rəhmonun ünvanına və Düşənbənin sürətli inkişafı ilə bağlı şəxsi müşahidələri ilə başlayıb. Bu keçid standart diplomatik nəzakətdən kənara çıxır və MDB çərçivəsində Bakı-Düşənbə inkişaf xəttinin məqsədyönlü şəkildə gücləndirilməsindən xəbər verir.

Hələ Ermənistanla münasibətlərin normallaşmasının çətin prosesində olan və Qərbin müəyyən təzyiqləri ilə üzləşən Azərbaycan üçün, həm də özünün mürəkkəb regional gündəliyi olan Tacikistanla strateji yaxınlaşma məntiqli görünür. Hər iki dövlət güclü liderləri olan, sabitliyin və suverenliyin qorunmasında maraqlı olan dünyəvi respublikalardır. Cənab Prezidentin “qardaşlıq, dostluq və qarşılıqlı dəstək” üzərində dayanması sadəcə ritorika deyil, MDB daxilində praqmatizm və qarşılıqlı anlaşma əsasında sabit inkişaf oxunun dəstəkləməsidir.

Çıxışın mərkəzi və ən mühüm elementi humanitar əməkdaşlıq mövzusu olub. Laçının MDB-nin Mədəniyyət Paytaxtı namizədliyinə verdiyi dəstəyə görə təşəkkür yumşaq güc baxımından məhərətli addımdır. Dövlət Başçısı Birlik platformasından məharətlə istifadə edərək müasir Azərbaycanın əsas prioritetlərdən olan - Qarabağ üzərində suverenliyin tam və mübahisəsiz bərpasını bir daha təstiqləyir.

Qonaqların “Laçının 30 illik işğaldan azad edildikdən sonra sürətlə dirçəlişinin birbaşa şahidi olduqlarının” qeyd edilməsi təkcə auditoriyadakı həmkarlarına deyil, daha geniş beynəlxalq ictimayyətə ünvanlanır. Bu, ciddi bir mesajdır, yəni vaxtılə bəzi qüvvələrin “mübahisəli ərazi” adlandırdığı yer işğaldan azad edilərək çiçəklənən qədim Azərbaycan torpağıdır. Onu işğal edənlər özlərindən sonra yalnız xarabalıqlar qoyub.

Beləliklə, rəsmi Bakı “MDB-nin mədəniyyət paytaxtı” statusundan öz qələbəsini möhkəmləndirmək və dünyaya Azərbaycanın ordusunu deyil, bərpaedici gücünü nümayiş etdirmək üçün bir vasitə kimi istifadə edib.

3-cü MDB Oyunlarının uğurla keçirilməsinə həsr olunmuş üçüncü bölmə bu xətti davam etdirir, lakin daha geniş, makroregional kontekstdə. Cənab İlham Əliyev sadəcə olaraq keçmiş tədbir ilə bağlı məlumat vermir. O, postsovet məkanında inteqrasiya mərkəzlərindən biri kimi rolunu öz üzərinə götürərək Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirir.

İdmançıları qəbul edən şəhərlərin siyahısı xüsusi xarakter daşıyır. Qədim Gəncədən başqa, ora Xankəndi daxildir. Dünya səviyyəsində, o cümlədən də Ermənistan və onun müttəfiqləri üçün bu, daha bir qeyti-verbal, lakin son dərəcə şəffav siqnaldır: Xankəndi “Artsaxın paytaxtı” deyil, Qəbələ və ya Şəki ilə bərabər beynəlxalq yarışlara ev sahibliyi etməyə qadir olan Azərbaycan şəhərlərindən biridir. Bu, mövcud vəziyyətin dönməzliyini nümayiş etdirmək məqsədi daşıyan “idman vasitəsilə normallaşma” siyasətidir.

MDB üzvləri ilə yanaşı, “qonaq ölkələr”in də qeyd olunması Azərbaycanı əməkdaşlığa açıq olduğumuzu və Birliyi Birlik çərçivəsində təcrid olunmaq deyil, ondan xarici siyasət təsirini genişləndirmək üçün platforma kimi istifadə etmək istəyindən xəbər verir.

Cənab Prezidentin Düşənbədəki çıxışı öz mövqeyinə arxayın olan və ölkəni strateji möhkəmlənməsi mərhələsinə rəvan keçən liderin çıxışı idi. Azərbaycan bu gün öz gündəmini müəyyənləşdirən gücdür.

Humanitar əməkdaşlıq, idman və ikitərəfli ittifaqlar vasitəsilə Azərbaycan bir neçə məqsədə nail olur, o cümlədən MDB ölkələrinin gözündə azad edilmiş ərazilər üzərində öz nəzarətini təstiqləyir, özünü əbədi “təcavüz qurbanı” deyil, güclü, müasir və konstruktiv oyunçu kimi ispat edir, MDB daxilində ənənəvi təsir mərkəzlərindən yan keçərək yeni koalisiyalar qurur.

Nəticədə, Düşənbədəki çıxış Azərbaycanın xarici siyasətinin yeni, yetkin mərhələyə qədəm qoyduğunu, hərbi qələbələrin diplomatik və humanitar cəbhələrdə inamlı və düşünülmüş işlərlə möhkəmləndirildiyini nümayiş etdirdi. Və bu yeni reallıqda MDB artıq SSRİ-yə iddialı qalanlar üçün yığıncaq deyil, onun milli maraqlarını irəli sürmək və regionda yeni qüvvələr balansını formalaşdırmaq üçün praktik platformadır.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər