2026-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi ölkəmizin enerji sahəsində həyata keçirdiyi ardıcıl islahatların və uzunmüddətli strateji hədəflərin növbəti mühüm nailiyyəti kimi qiymətləndirilir. Bu mühüm hadisə Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və bərpa olunan enerji payının artırılmasına xidmətedir.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ekoloji dayanıqlığın təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Layihə atmosferə atılan zərərli tullantıların azalmasına, ənənəvi enerji resurslarından asılılığın tədricən minimuma endirilməsinə və iqlim dəyişmələri ilə mübarizəyə real töhfə verir. Bununla yanaşı, stansiya regionlarda yeni iş yerlərinin yaradılmasına, yerli infrastrukturun inkişafına və ümumilikdə sosial-iqtisadi canlanmaya müsbət təsir göstərir.
Bu layihə bir daha sübut edir ki, Azərbaycan yalnız enerji resurslarınınixracatçısı kimi deyil, eyni zamanda müasir texnologiyalara əsaslanan “yaşıl enerji” istehsalçısı kimi də mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artırır və Azərbaycanın energetika tarixində “Xızı–Abşeron” Külək Elektrik Stansiyasını mühüm bir mərhələ kimi yadda saxlayacaqdır.
Rauf Nəcəfov
YAP Sədrək rayon təşkilatının məsləhətçisi