PDF Oxu

Siyasət

  • 458

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yeni əməkdaşlıq platforması - TƏHLİL

image

Prezident İlham Əliyev: "Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur"

"Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.
Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım'. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın da tamhüquqlu əsasda qoşulduğu yeni formatda əməkdaşlığın perspektivləri açıqlanıb.
İclasa sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında qeyd edib: “ Bu gün Mərkəzi Asiya dinamik inkişaf və səmərəli əməkdaşlıq məkanıdır, burada davamlı artım və rifah üçün yeni imkanlar açılır. Region sürətlə qlobal iqtisadiyyata inteqrasiya olunur: investisiya cəlbediciliyi artır, üçüncü ölkə bazarlarına ixrac imkanları və tranzit potensialı genişlənir. Ötən il region ölkələri arasında qarşılıqlı ticarət 10,7 milyard dollara çatıb və Mərkəzi Asiyaya ümumi investisiyanın həcmi 17 faiz artıb”.
Bu Görüşdə qardaş xalqlar üçün tarixi bir gün olub. Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edilib. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü qurulacaq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açılacaq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək.
İclasda, ilk növbədə, mövcud görüşlərin regional dialoqun məşvərət formatından strateji Mərkəzi Asiya Birliyi formatına çevrilməsi təklif edilib. Vurğulanıb ki, bu istiqamətdə ilk addımlar Məşvərət görüşləri haqqında Əsasnamənin hazırlanması, rotasiyalı Katibliyin yaradılması və milli koordinatorların prezidentlərin nümayəndələri səviyyəsinə yüksəldilməsi ola bilər.

"Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq"

İclasda, ilk növbədə, mövcud görüşlərin regional dialoqun məşvərət formatından strateji Mərkəzi Asiya Birliyi formatına çevrilməsi təklif edilib. Vurğulanıb ki, bu istiqamətdə ilk addımlar Məşvərət görüşləri haqqında Əsasnamənin hazırlanması, rotasiyalı Katibliyin yaradılması və milli koordinatorların prezidentlərin nümayəndələri səviyyəsinə yüksəldilməsi ola bilər.
Həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki,Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. "Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir. Eyni zamanda, bizim formatımızda sədrliyi qəbul etdiyinə görə qardaş Türkmənistanı təbrik etmək istəyirəm.",- deyə dövlət başçımız çıxışında bildirib.
Azərbaycan artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak edir. 2023-cü ildə Tacikistan Prezidenti hörmətli Emoməli Şaripoviç Rəhmonun, 2024-cü ildə isə Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin dəvəti ilə sammitlərin işində iştirak edib.

"Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk"

Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın əlaqələrinin sürətlə genişlənməsi regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına səbəb olur. Bu dinamika, xüsusilə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra daha da güclənib və yeni regional konsepsiyaların aktuallaşmasına gətirib çıxarıb.
"Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk". Bu sözləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı söyləyib.
“Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir”, - deyən dövlətimizin başçısı xatırladıb ki, bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub.
Region ölkələrində ətraf mühit, iqlim və su ehtiyatları çatışmazlığı məsələlərinin artan aktuallığı fonunda Mərkəzi Asiya üçün Yaşıl İnkişaf Konsepsiyasının qəbulunun sürətləndirilməsinin vacibliyi qeyd edilib. Regionda artan su çatışmazlığı nəzərə alınmaqla, 2026-2036-cı illərin "Mərkəzi Asiyada rasional su istifadəsi üçün praktik Fəaliyyət Onilliyi" elan edilməsi təklif olunub.
Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin gənclərin elmi və mənəvi maariflənməsi üçün faydalı platformaya çevriləcəyinə ümid ifadə olunub. Eyni zamanda, Daşkənddə Beynəlxalq Mənəvi İrs və Təhsil Konqresinin müntəzəm olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.
"Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir",- deyə Prezident bildirib. Strateji cəhətdən mühüm olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, Asiya və Avropanın çox böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür.
Göründüyü kimi, Azərbaycan ilə Orta Asiya ölkələri arasındakı inteqrasiya yalnız regional güc birliyi deyil, həm də qlobal rəqabətdə özünəməxsus modelini quracaq bir Avrasiya vizyonunun əsasını təşkil edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər