PDF Oxu

Siyasət

  • 477

Bəşəriyyət erməni terroruna qarşı mübarizədə birləşə bilər TƏHLİL

image

Dünyada barmaqla sayılan xalqlar var ki, onlar yaşadıqları regionlarda daim sülhə və təhlükəsizliyə qarşı təhdid yaradıblar. Erməni toplumu belə çirkin fəaliyyət yolu tutan xalqlar arasında xüsusilə seçilirlər. Biz bunu son iki yüz il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri çoxsaylı soyqırımı əməllərində görə bilər. Bu faktı təkcə erməni vəhşiliyindən, qətliamlarından əziyyət çəkmiş azərbaycanlılar deyil, digər tərəqqipərvər xalqlar da təsdiq edirlər. Erməni toplumu öz iyrənc əməllərini həyata keçirənə qədər sakit olmağa və prosesləri hiyləgərliklə izləməyə üstünlük verirlər. Elə ki, vəziyyət onların istəklərinə uyğun yarandı dərhal hərəkətə keçərək böyük qırğınlar, qətliamlar, dağıntılar həyat keçirlər. Təkcə Azərbaycanın tarixi torpaqlarında erməni toplumu son iki yüz ərzində ümumilikdə 18 min 350 dəfə dinc azərbaycanlı kənd və qəsəbələrinə basqınlar təşkil etmişlər. Nəticədə 2 milyondan çox azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə şəhər, kənd və qəsəbə dağıdılmışdır. 1990-1993-cü illərdə ermənilərin Azərbaycan ərazilərində törətdikləri qətliamlar ən amasız vəhşiliklərdən hesab olunur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Xocalı hadisələrini beynəlxalq hüquq əsasmda soyqınmıı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalmın Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalınm Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalınm Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır.

Qərbi Azərbaycanda minlərlə yaşayış məskənlərinin adları dəyişdirilib

Ermənilər rus çarizminin, daha sonra isə sovet imperiyasının ermənipərəst dayaqlarına arxalanaraq Qərbi Azərbaycandakı toponimlərini də erməniləşdirilmişlər. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək 200-ə qədər azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Rəsmi addəyişmə əməliyyatları 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-cı illərdə rəsmi Moskvanın razılığıvə dəstəyi ilə Ermənistan SSR Ali Sovetinin qərarları əsasında həyata keçirilmişdir. Azərbaycan mənşəli 1548 yaşayış məskəninin adı dəyişdirilmişdir. 1948-1953-cü illər də 60-dan çox yaşayış məntəqəsinin, 1991-ci il 9 aprel tarixli Ermənistan Ali Sovetinin qərarı ilə azərbaycanlılara məxsus daha 90 məntəqənin adı erməni toponimləri ilə əvəz olunmuşdur. 30 illik işğal dövründə ermənilər Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər dünya xalqlarını dəhşətə gətirib. İşğaldan azad edilən ərazilərə səfərləri çərçivəsində Ağdam şəhərində olan səyahətçilər gördükləri dağıntılardan təsirləndiklərini və bölgəni “Qafqazın Xirosiması” adlandırmışlar. Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırılıb. Hər şeyi məhv edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək dağıdılmış Qafqazın Xirosimasına çevrilmiş xarabalıqlar qalıb. Füzuli rayonu ərazisindəki memarlıq abidələri yerlə yeksan olunub. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi, Qoçəhmədli kənd məscidi, Aşağı Veysəlli kəndində XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi (XIII əsr), Horadiz məscidi və İmamzadə türbəsi, Füzuli şəhərində Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərindəki məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki körpülər, Merdinli kəndi yaxınlığındakı daşdan yonulan at, qoç fiqurları, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin kurqan tipli arxeoloji abidələr erməni vandalizminin qurbanı olublar.30 ilə yaxın erməni işğalı altında qalmış Füzuli rayonunun təbii sərvətləri də talan olunub. Ermənilər meşələrdəki ağacları vəhşicəsinə qırıb, yaxud yandıraraq məhv ediblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq çıxarılıb, insan sümükləri ətrafa səpələnib. Ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə əsl xislətlərini, barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.

Fəlakətin mənbəyi iki yüz il öncəyə gedib çıxır

Tarixi qaynaqlara istinadən qeyd etmək olar ki, ermənilər bu ərazilərə köçürülüblər. Bu faktları xristian qaynaqları ilə yanaşı elə erməni mənbələri də təsdiqləyir. 1828-ci il martın 20-də imzalanan Türkmənçay müqaviləsinin ertəsi günü rus çarı I Nikolay “erməni vilayəti yaradılması” barədə fərman verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, hazırkı fars-molla rejimi müharibə vaxtı öz dövlətinə xəyanət edərək ruslara qulluq etmiş ermənilərin Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. 1827-ci ilin mayında rus generalı Paskeviçin xüsusi tələbnaməsi əsasında ermənilər arasında nüfuz sahibi olan polkovnik Qazaros Lazaryan köçürülmə işlərinə rəhbərlik etmək üçün Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə basqını zamanı Lazerevin çağırışı ilə ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordusunun üzünə açdılar. Köçürülən erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı.1828-ci il dekabrın 24-də Lazarevin Paskeviçe yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazarev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda qeyd edirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdi. 1828-ci il mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda isə bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində isə 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin vədinə əsasən köçürülən ailələrin sayı 5 minə çatdırılmışdır. İ.Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 1715 nəfər İrəvan şəhərinin özündə, 1110 nəfər Naxçıvan şəhərində və 482 nəfər isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 ailə (23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə (10652 nəfər), Ordubad dairəsində 250 ailə (1340 nəfər) yerləşdirildi. Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazarevin hesabatında məlum olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür ki, bu da ən azı 40 min nəfər demək idi. Həmin illərdə Rusiya dövlətinin xəzinəsindən 14 min manat qızıl və 400 min manat gümüş pul xərclənmişdir. Bununla yanaşı, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırıldığını yazır. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, hazırkı fars-molla rejimi erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə yeni vətən yaratmaq məqsədi ilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə xüsusi canfəşanlıq göstərən hərbçilər və din xadimləri rus çarizmi tərəfindən mükafatlandırılırdılar. Rus çarizmi bölgənin işğalının genişləndirilməsi üçün 1828-ci il iyunun 23-də Qars qalası işğal edildi. Rus qoşunları iyunun 24-də Axalkalakini avqustun 15-də Axıskanı, 22-də Ərdahanı, 28-də isə Bəyazidi işğal etdilər. 1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar Şərqi Anadoluda sığınacaq tapmışdılar.

Rusiya tarixən ermənilərin himayədarı rolunda çıxış edib

Rus qoşunlarının Şərqi Anadoluya hücumları zamanı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Onlar bu dəfə də, əsasən, Türkiyənin içərilərinə köçməyə məcbur oldular. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafında İstanbula irəliləyərkən II Sultan Mahmudun Rusiya dövlətinə barışıq təklif etdi. Bu addım 1829-cu il sentyabrın 2-də Ədirnə müqaviləsinin bağlanması ilə nəticələndi. Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı. Ədirnə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilərə 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya tabeliyinə keçmək hüququ verilmişdir. Türkiyədə yaşayan erməniləri yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək, həmçinin Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktiyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərinin Gürcüstanda və “erməni vilayətində” yerləşdirilməsinə icazə istədi. 1829-cu il noyabrın 18-də hərbi nazir Çernişev Paskeviçə çar I Nikolayın onun təklifini bəyəndiyini bildirdi. Türkiyənin Qars və onun ətrafında köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Alagöz dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayoru Bereman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirirdi. İrəvan yaxınlığında Sərdərabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M.Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: İrəvan quberniyasından yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər. 1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə verdiyi məlumata görə, Qars və ətraf ərazilərdən köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən, yaşadıqları yerin iqliminə uyğun olan Alagöz dağı ətrafında, Pəmbək distansiyadakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şorəyel və erməni vilayətində yerləşdirildi. Talış mahalı, Göyçə gölü ətrafı və Baş Abaranna 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7228 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorəyel distensiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə Osmanlı dövləti torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş əlahəzrətin buyruğunda rus dövləti tərəfindən Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pulun ayrıldığı bildirildi. İ.Şopenin apardığı siyahıya almanın nəticələrinə görə 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayətinə” Türkiyədən 21666 nəfər (3862 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdü. Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində İrəvan, Sərdərabad, Şərur və sürməli dairələri yaradıldı. Mənbələr, arxiv materiallarının saxlandığı Matendaranda sənədlərə istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edirlər. 1834-cü ilin kameral təsvirinə görə bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar, yəni Azərbaycan türkləri, 10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən yezidi kürdləri, az qismi isə boşa adlanan qaraçılardan ibarət idi. 20 cilddən ibarət həmin siyahıya alınmanın nəticələri İ.Şopenin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Bu siyahıya alınmaya görə müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıya alınmanın nəticələrinə görə köçürülməyən vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı. 1849-cu ildə İrəvan Gümrü, Naxçıvan, Ordubad və Göyçə mahalının Şərq hissəsindən ibarət İrəvan quberniyası təşkil edildi. Yalnız quberniyanın mövcudluğuna 1917-ci ildə son qoyuldu.

Hazırda regionda sakitlik hökm sürür. Yəni erməni terroru təsirsiz vəziyyətdədir. Səbəbi də 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi dönəmində Azərbaycan ordusu tərəfindən erməni terrorunun tamamilə məhv edilməsidir. Ancaq hər an yenidən erməni terroru baş qaldıra və yeni terror aktları həyata keçirə bilər. Ona görə də, hazır olmalı və bu məsələdə dünya xalqları və dövlətləri də birlik nümayiş etdirməlidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər