Tam qətiyyətlə və əminliklə demək olar ki, növbəti 2026-cı ildə Azərbaycan dövləti və xalqı üçün uğurlu illərdən olacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Fateh Sərkərdə, Prezident İlham Əliyevin davam etdirdiyi siyasət bunu deməyə əsas verir. 2026-cı il üçün əhalinin gəlirləri daha da artacağı, məşğulluğu təmin ediləcəyi, dövlətin bütün sahələr üzrə mövqeləri möhkəmlənəcəyi proqnozlaşdırılır. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlament tərəfindən qəbul edilməsi əminlyi daha da möhkəmlənmiş olur. Nəzərə almaq lazımdır ki, qəbul edilən 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır. 2026-cı il dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7929,4 milyon manat və ya 25,8 faiz artıb.
Uğurların təməlində müdrik siyasət dayanır
2026-cı il üçün əhalinin gəlirlərinin artacağı proqnozlaşdırılır. 2026-cı ilin dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10247,6 milyon manat (2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çox) və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7038,5 milyon manat (2025-ci illə müqayisədə 1529,1 milyon manat və ya 27,8 faiz çox) və ya xərclərin 16,9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1380,6 milyon manat (2025-ci illə müqayisədə 80,6 milyon manat və ya 6,2 faiz çox) və ya xərclərin 3,3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1071,4 milyon manat və ya xərclərin 2,6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3308,1 milyon manat və ya xərclərin 7,9 faizi həcmində, sosial ödənişlərə 3433,6 milyon manat (2025-ci illə müqayisədə 68,9 milyon manat və ya 2,0 faiz çox) və ya xərclərin 8,2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62,1 milyon manat (2025-ci illə müqayisədə 11,1 milyon manat və ya 21,6 faiz çox) və ya xərclərin 0,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13901,8 milyon manat və ya xərclərin 33,3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183,0 milyon manat və ya xərclərin 0,4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1077,0 milyon manat və ya xərclərin 2,7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına “Sair xərclər” maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225,2 milyon manat və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.
2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla cari ilin səviyyəsindədir. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
Bütün bu və digər göstəricilər onu deməyə əsas verir ki, 2026-ci il millətimiz və dövlətimiz üçün uğurlu illərdən biri kimi yaddaşlara həkk olunacaq, həm də Azərbaycanın dünya miqyasında mövqeləri daha da möhkəmlənəcək. Həyata keçirilən siyasət və əldə olunan nailiyyətlər zamanında Dahi Öndərimiz Heydər Əliyevin dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” tarixi kəlamı öz real təsdiqini tapdığını deməyə əsas verir. Təbii ki, uğurlarımızın ən yüksək zirvəsi 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsidir. Azərbaycan ordusu, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə özlərini qüdrətli sərkərdə, məğlubedilməz ordu kimi təqdim edən ordunun bacarmadığını 44 günlük Vətən Müharibəsində reallaşdırdı. 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı sayılan Şuşa şəhəri daxil olmaqla Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan və digər rayonlarını, o cümlədən Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini və ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Tarix yazan Lider
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib. Yəni Ermənistan Azərbaycan ordusunun surətli hücumu qarşsında duruş gətirməyəcəyini başa düşərək ağ bayraq qaldırıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. çtərəfli Bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti, fateh Sərkərdə İlham Əliyev qalib Azərbaycan xalqına müraciət edib. Ali Baş Komandan müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Prezident İlham Əliyev onu da bildirib ki, hərbi mərhələ başa çatıb: “Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.
Prezident İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını da vurğulayıb: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi....Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.
Ermənistanın məğlubiyyətindən sonra hesab etmək olar ki, bölgəyə sülh gələcək, separatizmə, terrora son qoyulacaq. Lakin Ermənistandakı revanşist qüvvələr, o cümlədən 30 il ərzində Ermənistanın hakim rejiminə hərbi, siyasi, maliyyə yardımları göstərən xarici qüvvələr regionda sabitliyin yaranmasına imkan vermədilər. Məhz Ermənistana göstərilən siyasi hərbi, dəstək nəticəsində Azərbaycanın sərhəd bölgələrində ardıcıl erməni təxribatlar baş verdi. Baxmayaraq ki, 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. İşçi qrupunun vəzifəsi bölgədə sabitliyə nail olunması və sərhədlərin delmitasiyasını həyata keçirmək idi. 2022-ci ilin sentyabrında erməni terror dəstələri Azərbaycanın sərhəd bölgəsinə xain hücum təşkil etdilər. Lakin Azərbaycan ordusu hücumun qarşısını alaraq yüzlərlə ermənin məhv etdi, çoxsaylı hərbi texnikanı sıradan çıxartdı. İrəvandakı hakim rejimin tapşırığı ilə Qarabağdakı erməni separatçıları ara-sıra ordumuza qarşı terror əməllərinə cəhdlər göstərirdilər.
Xalqa qürur yaşadan Lider
2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Qarabağdakı erməni separatçılarına silahı yerə qoymaq və təslim olunmaları üçün xəbərdarlıqların edilməsinə baxmayaraq nəticə olmadı. Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digər separatçılar ordumuza və mülki əhaliyə qarşı terror əməllərini həyat keçirirdilər. “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, separatçılar üçün dərs olmadı. Əksinə xarici güclərə arxalanaraq humanitar yönlü “Laçın” yolundan hərbi yüklərin daşınmasını təşkil edir, mülki insanlarımıza atəş açırdılar. Təbii ki, separatizm uzun çəkə bilməzdi. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bununla da separatçılara Ermənistandan silah sursat daşınmasının qarşısı alındı. Lakin Xankəndində ki terrorçu dəstə hərəkətə keçərək ordumuza qarşı açıq terror aktları həya keçirməyə cəhd göstərdi. Bu zaman Azərbaycan sərt cəza tədbirləri
2023-cü il sentyabrın 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi. Separatçıların əsas başçıları isə hüquq –mühafizə orqanları tərəfindən həbs edilərək istintaqa təhvil verildi. Hazırda onların Bakı Hərbi Məhkəməsində məhkəmələri keçirilir. Qarabağ isə yenidən qurulur və qurulduqca daha da gözəlləşir. Təmir, tikinti və bərpa işlərindən sonra insanlar öz dogma yurd –yuvalarına qayıdırlar. Artıq 5 ildir ki, insanlar yeni ili dogma ocaqlarında qeyd edirlərlər. 2026-cı il də və növbəti illəri, ümumilikdə Azərbaycan dövləti durduqca insanlar Qarabağda yaşayacaq və yaradacaq, o bölgəni inkişaf etdirəcəklər.
İLHAM ƏLİYEV