30 yanvar 2026-cı il tarixdə YAP Samux rayon təşkilatınınÇobanabdallı kənd ərazi partiya təşkilatındahesabat yığıncağı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızınbütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda Çobanabdallı kənd ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.Ərazi partiya təşkilatının sədri Fazil Abdıyev çıxış edərək, hesabat məruzəsində partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrası, ictimai-siyasi və mədəni tədbirlərdə iştirakı, partiya üzvlərinin fəallığının artırılması və ideoloji fəaliyyətin təşkili barədə ətraflı məlumat verib.
Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Səsvermə nəticəsində Fazil Abdıyev yenidən Çobanabdallı ərazi partiya təşkilatının sədri, Elşad Məhərrəmov isə sədr müavini seçilib.
Çıxış edən partiya üzvləri Elşad Məhərrəmov, Coşqun Bayramov, Eynur FərmanlıYeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə , ölkəmizin beynəlxalq nüfuzunun artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, yenidən seçilmiş ərazi partiya təşkilatının sədrini və müavini təbrik edib və onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. G.Bayramov daha sonra Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib.Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası hazırda İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi tərəqqisinin təmin olunmasında, ictimai-siyasi sabitliyin qorunmasında və milli birliyin möhkəmləndirilməsində həlledici rol oynayır. Sədr həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yerli strukturları dövlət siyasətinin ictimaiyyətə düzgün və dolğun çatdırılmasında mühüm rol oynayır, ərazi partiya təşkilatlarının fəallığı isə bu fəaliyyətin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir.