PDF Oxu

Siyasət

  • 492

Tərəqqi və davamlı müasirləşmə siyasəti ŞƏRH

image

Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə deyil, eyni zamanda uzaqgörən liderlik, davamlı inkişaf strategiyası və xalqın rifahını əsas tutan siyasətlə ölçülür. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu baxımdan atasının – müdrik lider Şeyx Zayed bin Sultan Al Nəhyanın müəyyən etdiyi inkişaf, tərəqqi və müasirləşmə yolunu uğurla davam etdirir.

Şeyx Zayedin əsasını qoyduğu “insan mərkəzli inkişaf modeli” bu gün Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi altında yeni mərhələyə qədəm qoymuşdur. O, neftdən asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, innovasiya və texnologiyaya əsaslanan yeni iqtisadi modelin qurulmasını dövlət siyasətinin prioritet istiqamətlərinə çevirmişdir. Bu yanaşma ölkənin qlobal rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcək nəsillər üçün dayanıqlı inkişafın əsasını formalaşdırır.

Şeyx Məhəmməd bin Zayed sosial rifahın yüksəldilməsini, təhsil və səhiyyə sahələrinin inkişafını, gənclərin bilik və bacarıqlarının artırılmasını strateji hədəf kimi müəyyən etmişdir. Xüsusilə süni intellekt, yaşıl enerji, kosmik tədqiqatlar və rəqəmsal transformasiya sahələrində həyata keçirilən islahatlar BƏƏ-nin müasir dünyanın qabaqcıl dövlətləri sırasında yer almasına imkan yaratmışdır.

Eyni zamanda, o, atasının formalaşdırdığı tolerantlıq, multikulturalizm və sülh siyasətini də qətiyyətlə davam etdirir. Dinlərarası dialoqun təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və regional sabitliyə töhfə verən təşəbbüslər BƏƏ-nin beynəlxalq nüfuzunu daha da artırmışdır.

Nəticə etibarilə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasından miras qalan inkişaf fəlsəfəsini dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirərək davam etdirir. Onun rəhbərliyi altında Birləşmiş Ərəb Əmirlikləri davamlı müasirləşmə yolunda inamla irəliləyir və bu model müasir liderliyin uğurlu nümunəsi kimi dünya miqyasında diqqət çəkir.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər