"Şəhərsalma və Memarlıq İli" çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının yerli təşkilatları ağacəkmə aksiyaları keçiriblər.
Aksiya partiyanın Yasamal, Tərtər, Qazax və Samux rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında baş tutub.
Ağacəkmə aksiyasında YAP-ın yerli təşkilatlarının və rayon icra hakimiyyətlərinin rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kampaniya çərçivəsində müvafiq ərazilərdə müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi yerlərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd respublikamızda meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması və bu istiqamətdə dövlət siyasətinə dəstək verilməsindən ibarətdir.