Azərbaycan ədalətin və sülhün bərqərar olunmasına tərəfdar və hətta qarant olan regionun güclü dövlətidir. Qonşuluq siyasətində bu fəaliyyət Azərbaycanın strateji xətti kimi özünü təsdiq edib. Hər bir addım regionun sabitliyi üçün planlaşdırılıb. Bu siyasətə qarşı İran özünün daxilində cərəyan edən çirkin niyyətini ifadə edir və xəyanət yolu tutub.
Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə heç bir ölkə Azərbaycanın ərazisindən hərbi məqsədlər üçün istifadə edə bilməyib. Bu qonşuluq siyasətinə böyük sədaqətdir və ölkəmizin niyyətindən xəbər verir. Lakin İranın isə belə addımları nəinki regionda hətta dünya dövlətlərinin nəzərində özünü tamamilə rüsvay edir və iflasını yetişdirir. İran Azərbaycana qarşı etdiyi növbəti xəyanətin cavabını verməli və hüquqi müstəvidə məsuliyyətini müəyyənləşdirməlidir.
Sənan Həsənov
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent