PDF Oxu

Siyasət

  • 1 221

"Bu regionda yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradacaq" - ŞƏRH

"Bu regionda yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradacaq" - ŞƏRH

"Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imzalanmasının sonuncu mərhələsinə gəlib çatmışıq və burada da sonuncu mərhələdə ilk addım atılıb. Düşünürəm ki, bu, təqdirəlayiq bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yeni layihədən çıxarılması sülh sazişinin imzalanması üçün bütün hüquqi və siyasi maneələri aradan qaldırmış olur:"Ancaq burada tamamlanmalı olan son bir addım qalıb. Bu da referendum tarixinin elan edilməsi və referendumun nəticələridir.Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında hazırda həyata keçirilən diplomatik, siyasi və iqtisadi fəaliyyət, nəqliyyat blokadalarının aradan qaldırılması ilə elə bir mərhələyə gəlib çatıb ki, Ermənistan cəmiyyəti də yeni konstitusiya layihəsinin lehinə səs vermək üçün özündə cəsarət tapacaqdır.Bu, həm də keçiriləcək referendum, həm də erməni cəmiyyətinin sülh və müharibə arasında seçim etməsi olacaqdır. Ümid edək ki, bu seçim sülhdən yana olacaq və bu regionda yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradacaq".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər