PDF Oxu

Siyasət

  • 324

Gürcüstanda qanunsuz yaşadığı iddia olunan Azərbaycan vətəndaşı saxlanılıb - FOTO

Gürcüstanda qanunsuz yaşadığı iddia olunan Azərbaycan vətəndaşı saxlanılıb - FOTO

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə daxilində xüsusi miqrasiya nəzarəti əməliyyatları keçiriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu kompleks əməliyyatlar nəticəsində Gürcüstanda qanunsuz yaşayan 59 xarici vətəndaş saxlanılıb. Bunlara Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları daxildir.

"Xüsusi miqrasiya nəzarəti çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları müxtəlif obyektlərə baxış keçiriblər. Yoxlama zamanı saxlanılan şəxslərin "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Gürcüstan Qanununu pozduğu aşkar edilib.

Həmin saxlanılanlar hazırda Miqrasiya Departamentinin Müvəqqəti Yerləşdirmə Mərkəzində saxlanılır. Onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Digər xəbərlər