PDF Oxu

Siyasət

  • 936

Əmək Məcəlləsinə dəyişiklik edilir

Əmək Məcəlləsinə dəyişiklik edilir

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.SİA xəbər verir ki, dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 208-ci maddəsinə könüllü fəaliyyətin iştirakçısı olan şəxslərlə bağlı müddəa əlavə edilir. Belə ki, əməyin mühafizəsi üzrə təlim və biliklərin yoxlanılması ilə bağlı müvafiq müddəada şagirdlərlə yanaşı, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər də nəzərdə tutulur.Bundan başqa, Məcəllənin 221-ci maddəsinin 2-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Dəyişikliyə əsasən, Dövlət Əməyin Mühafizəsi Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların, müəssisələrin və vətəndaşların könüllü ödəmələri, eləcə də qanunla nəzərdə tutulan digər mənbələr hesabına təşkil ediləcək.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər