PDF Oxu

Siyasət

  • 1 062

"Ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyası hazırlanmalıdır" - Razı Nurullayev

"Ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyası hazırlanmalıdır" - Razı Nurullayev

Azərbaycanda ailə bizneslərinin inkişafı, onların maliyyə imkanlarının genişləndirilməsi və fəaliyyətinin davamlılığının təmin olunması üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasına ehtiyac var.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Razı Nurullayev bugünkü plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatında ailə biznesləri mühüm yer tutur. Almaniya, Türkiyə, Cənubi Koreya və İtaliya kimi ölkələrdə milyonlarla insan ailə şirkətlərində çalışır. Onun sözlərinə görə, dünyanın bir sıra böyük şirkətləri də fəaliyyətə kiçik ailə biznesi kimi başlayıb.Razı Nurullayev Azərbaycanda da ailələrin kiçik mağaza, emalatxana, xidmət sahəsi və kənd təsərrüfatı istiqamətlərində biznes fəaliyyəti ilə məşğul olduğunu diqqətə çatdırıb. O, ABAD mərkəzlərini bu sahədə dövlət dəstəyinin nümunəsi kimi göstərərək, ailə təsərrüfatlarının və sənətkarlıq sahəsində fəaliyyət göstərən sahibkarların öz brendlərini yaratdığını, hətta xarici bazarlara çıxdığını qeyd edib.Deputatın fikrincə, ailə bizneslərinin inkişafı üçün ilk növbədə güzəştli kreditlər və xüsusi maliyyə proqramları nəzərdə tutulmalıdır. O bildirib ki, bu bizneslərin qarşılaşdığı əsas çətinliklərdən biri kapital çatışmazlığıdır. Eyni zamanda, qeydiyyat, hesabatlılıq və sənədləşmə prosedurlarının sadələşdirilməsi də vacibdir.Razı Nurullayev beynəlxalq təcrübədə ailə bizneslərinin nəsildən-nəslə ötürülməsini təşviq edən vergi və hüquqi güzəştlərin tətbiq olunduğunu xatırladıb. O hesab edir ki, Azərbaycanda da biznes sahibinin vəfatından sonra yaranan hüquqi və maliyyə çətinlikləri səbəbindən uzun illər qurulmuş müəssisələrin fəaliyyətini dayandırmasının qarşısını almaq üçün müvafiq mexanizmlər hazırlanmalıdır.Deputat ailə bizneslərinin peşəkar idarəetmə, marketinq və rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılmasının da əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları bu istiqamətdə təlim və məsləhət proqramları həyata keçirə bilər.Razı Nurullayev qeyd edib ki, ailə bizneslərinin inkişafı təkcə iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyır. Belə müəssisələr yeni iş yerlərinin açılmasına, regionlarda məşğulluğun artmasına və insanların doğma yurdlarında fəaliyyət göstərməsinə şərait yaradır. Deputat əlavə edib ki, çıxışını ailə biznesi ilə məşğul olan şəxslərin təklif və müraciətləri əsasında hazırlayıb.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər