Ötən gün ABŞ prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Amerika hərbçiləri ilə görüşündə Rusiyanın Səkkizlər Qrupundan (G8) çıxarılması məsələsinin yanlış olduğunu bildirib. Tramp iddia edib ki, bu qərarın Moskva ilə Qərb arasında münasibətlərin gələcək inkişafı üçün nəticələrə səbəb ola biləcək. Trampın sözlərinə görə, Rusiya G8-də qalsaydı, Ukraynadakı mövcud münaqişənin qarşısı alına bilərdi: “Mən belə bir qərarı dəstəkləməyəcəm. İndi söhbət G7-dən gedir. Və açığı, biz yalnız Rusiya haqqında danışırıq. Mən dedim ki, 'Niyə o (Putin) burada deyil?”.
Xatırladaq ki, Tramp hələ 2025-ci ilin iyun ayında Kanadada keçirilən G7 sammitində Rusiyanın çıxarılması məsələsini böyük bir səhv adlandırıb və Moskva danışıqlar masasında yerini saxlasaydı, Ukraynadakı müharibənin baş verməyə biləcəyini iddia edib. O, həmçinin Barak Obamanı və Kanadanın keçmiş baş naziri Castin Trüdonu tənqid edib.
Kremlin sözçüsü Dmitri Peskov daha sonra ABŞ prezidenti ilə razılaşaraq Rusiyanın kənarlaşdırılmasını səhv addım adlandırıb.Peskov həmçinin bildirib ki, G7 Rusiya üçün praktik əhəmiyyətini itirib və qlobal iqtisadiyyatdakı dəyişikliklər və digər beynəlxalq formatların, xüsusən də G20-nin güclənməsi fonunda "olduqca faydasız" görünür.
Qeyd edək ki, Rusiya 1990-cı illərdə G7-yə qoşulub və 2000-ci ilə qədər liderlərin görüşlərində tamhüquqlu iştirakçıya çevrilərək qrupu G8-ə çevirib. 2014-cü ilin mart ayında Krımın Rusiya ilə yenidən birləşməsindən sonra qalan yeddi üzv G8-dən çıxdı. Soçidə planlaşdırılan sammit ləğv edildi və görüşlər G7 olaraq davam etdirildi.
İlham