PDF Oxu

Cəmiyyət

  • 300

Millət vəkilləri Astara Pedaqoji Kollecində görülən işləri yüksək qiymətləndirdilər - FOTOLAR

Millət vəkilləri Astara Pedaqoji Kollecində görülən işləri yüksək qiymətləndirdilər - FOTOLAR

Astara Pedaqoji Kollecində dövlət təhsil siyasətinin, müvafiq dövlət proqramlarının və qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nəticələr və bu fəaliyyətin ictimaiyyətə çatdırılması diqqət mərkəzindədir.
Kollecdə qonaq olan millət vəkilləri — Aydın Hüseynov, Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov təhsil müəssisəsinin fəaliyyəti, tədris və tərbiyə prosesinin təşkili, tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələrinə göstərilən diqqət və qayğı, eləcə də dövlət proqramlarından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərlə tanış olublar.
Görüş zamanı kollektivin fəaliyyətində dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin hərtərəfli inkişafına və vətəndaşlıq məsuliyyətinin formalaşdırılmasına xüsusi önəm verilməsi diqqətə çatdırılıb.
Qonaqlar kollecdə həyata keçirilən tədbirlərin, maarifləndirici layihələrin, ictimai və sosial təşəbbüslərin müntəzəm şəkildə təşkil olunmasını, görülən işlərin yalnız müəssisədaxili fəaliyyətlə məhdudlaşmayaraq sosial şəbəkələr və media vasitəsilə geniş ictimaiyyətə təqdim edilməsini müsbət dəyərləndiriblər.
Xüsusilə qeyd olunub ki, Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında vurğuladığı kimi müasir dövrdə təhsil müəssisələrinin fəaliyyəti yalnız tədrisin təşkili ilə ölçülmür. Dövlət proqramlarının yeni müstəvidə icrası, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi, sosial məsuliyyət, şəhid ailələrinə ehtiram və digər mühüm istiqamətlərdə görülən işlərin ictimaiyyətə düzgün və operativ şəkildə çatdırılması da mühüm əhəmiyyət daşıyır.
Astara Pedaqoji Kollecinin sosial şəbəkə platformalarında apardığı məqsədyönlü informasiya fəaliyyəti bu baxımdan xüsusi diqqət çəkib. Keçirilən tədbirlərin, həyata keçirilən layihələrin, əldə olunan nailiyyətlərin, dövlətçilik və vətənpərvərlik məzmunlu təşəbbüslərin mütəmadi işıqlandırılması kollecin fəaliyyətinin şəffaflığının təmin olunmasına, ictimai məlumatlılığın artırılmasına və təhsil müəssisəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.
Millət vəkilləri tərəfindən bu istiqamətdə aparılan işlərin rəğbətlə qarşılanması kollektivin fəaliyyətinə verilən müsbət qiymətin ifadəsi olmaqla yanaşı, gələcək fəaliyyət üçün də mühüm stimul kimi dəyərləndirilir.
Qeyd edək ki, Astara Pedaqoji Kollecində dövlət başçısının müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin milli ruhda və vətənpərvərlik tərbiyəsi əsasında formalaşdırılması, dövlət proqramlarından irəli gələn vəzifələrin ardıcıl icrası, sosial həssas qruplara diqqət və qayğının artırılması istiqamətində işlər davam etdirilir.
Millət vəkillərinin kollecin fəaliyyətinə göstərdiyi diqqət və görülən işlərə verdikləri müsbət münasibət bir daha təsdiqləyir ki, dövlət siyasətinin yerli səviyyədə ardıcıl həyata keçirilməsi ilə yanaşı, bu fəaliyyətin ictimaiyyətə dolğun, obyektiv və sistemli şəkildə təqdim olunması da mühüm ictimai əhəmiyyət kəsb edir.
Qonaqlar kollecin həyətində ucaldılmış şəhidlərin xatirə abidəsi önünə gələrək Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar kollecin kollektivi ilə birlikdə xatirə şəkli çəkdiriblər.
Astara Pedaqoji Kolleci – dövlətçilik ənənələrinə sadiq, milli-mənəvi dəyərlərə bağlı, müasir çağırışlara uyğun inkişaf edən təhsil müəssisəsi!

Digər xəbərlər