PDF Oxu

Siyasət

  • 339

Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev ifadə verdi - FOTO

Əli Kərimlinin məhkəməsində Ramiz Mehdiyev ifadə verdi - FOTO

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Noyabrın 27-də davam edən məhkəmə prosesində şahidlərin dindirilməsi keçirilib. Məhkəmədə14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri, Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. O, evindən qoşulduğu prosesdə hakimin və vəkillərin Əli Kərimli ilə bağlı suallarını cavablandırıb. Daha sonra Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

İlham

Digər xəbərlər