PDF Oxu

Siyasət

  • 826

Azərbaycana beynəlxalq səviyyədə dəstək, İrana etiraz

image

Azərbaycanın son 20 ildən artıq dövrdə dünyaya inteqrasiyası, İkinci Vətən müharibəsində ətalətli addımları, qonşu dövlətlərin heç birinə ziyan dəyməməsi üçün verdiyi bəyanatlar və müharibədən sonrakı dövrlərdə sülhün təməlli bərpası üçün atdığı addımlar ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artması ilə nəticələnib. Ötən il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş isə Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addım olaraq tarixdə iz buraxıb.

Martın 5-də İranın Naxçıvana qarşı hücumundan dərhal sonra dövlətimizin başçısına gələn zənglər və hadisəyə göstərilən münasibət bir daha təsdiqlədi ki, dünyanın çoxsaylı ölkələri Azərbaycanla həmrəydir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hadisədən dərhal sonra dövlətimizin başçısına zəng vuraraq İranın Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadıqlarını, Azərbaycan xalqına dəstəklərini ifadə edərək baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Martın 6-da isə Prezident İlham Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib. Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını deyib, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğulayıb, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırladığını və bunu yüksək qiymətləndirdiyini bildirib.

“Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi daha da artıran, regional sülh və sabitliyə xələl gətirən hərəkətləri pisləyir” deyərək Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif özünün X sosial media hesabında bildirib.

Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə dostluq əlaqələrini genişləndirir, hətta keçmiş SSRİ tərkibində olan ozamankı müttəfiqləri ilə bu gün də ikitərəfli münasibətlərin inkişafı üçün səylər göstərir.

“Səs” qəzeti

Digər xəbərlər