PDF Oxu

Siyasət

  • 607

31 Mart Azərbaycanlıların Soyqırımından 108 il ötür - TƏHLİL

image

Bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunub. Soyqırımı bir millətin dil, din, milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Martın 31-i tariximizə azərbaycanlıların soyqırımı günü olaraq daxil edilib. Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Bu, tariximizdən silinməyəcək dəhşətli hadisədir. Qeyd olunan tarixin acı həqiqətləri ermənilərin məqsədyönlü olaraq xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətini göstərir. Faktlar, rəqəmlər bu siyasətin nəticəsində nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldığını sübut edir.

Yaşadığımız son iki yüzillikdə baş verən hadisələrin gedişatına və törədilən hadisələrin mahiyyətinə nəzər salsaq görərik ki, bu ermənilərin "Böyük Ermənistian" yaratmaq xülyasından irəli gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "İki yüz il davam edən bizim xalqa qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə erməni millətçiləri tərəfindən aparılan siyasətin məqsədi azərbaycanlıları öz doğma ocaqlarından sıxışdırıb qovmaq, onları fiziki cəhətdən məhv etmək, yeni əraziləri işğal edərək mifik "Böyük Ermənistan" qurmaq olub." Uzun illər tarix təkrarlanıb. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Xatırladaq ki, Azərbaycandakı erməni qırğınlarının tarixi XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və bütün XIX əsr boyu İrandan, Türkiyədən və digər ölkələrdən bura kütləvi şəkildə ermənilərin köçürülməsi ilə başlamışdır. Mənbələrdən bəllidir ki, XX əsrin ilk onilliklərində Rusiya imperiyasını bürümüş inqilabi hərəkat, I Dünya müharibəsinin ağır sosial-siyasi və iqtisadi nəticələri onlara həmin məkrli planın realizə edilməsi üçün yaxşı fürsət yaratmışdı.

ÖTƏN ƏSRDƏ DÖRD DƏFƏ BAŞ VERƏN OLAYLAR ERMƏNİLƏRİN XALQIMIZA QARŞI OLAN ÇİRKİN NİYYƏTLƏRİNİ TƏSDİQLƏYİR

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətinin təzahürüdür. Dövlət başçısının vurğuladığı kimi, "XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələ rində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir". Əlbəttə ki, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə baş verən olaylar ermənilər xalqımıza qarşı olan çirkin niyyətlərini ortay qoymuş olur. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 108 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

Mart hadisələri bildiyimiz kimi, bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Mənbələrdə rast gəlirik ki, bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

ERMƏNİLƏR HƏR KƏSİ ÖLDÜRÜR, QILINCLA PARÇALAYIR, SÜNGÜ İLƏ DƏLMƏ-DEŞİK EDİRDİLƏR…

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törədilib. Mənbələrdə göstərilir ki, həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər". Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Tarixi mənbələrə əsasən, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. 1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları «Böyük Ermənistan» yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda minlərlə əhali erməni vəhşiləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirmişlər. 1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. 1918-1920-ci illərdə Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş erməni-bolşevik qırğınları tariximizin qara səhifələrindən birini təşkil edir. Bakıda başlanan və bölgələrdə davam etdirilən həmin qırğınlar nəticəsində 10 minlərlə günahsız insan qətlə yetirilmiş, saysız-hesabsız evlər dağıdılmış, bütöv kəndlər, şəhər və qəsəbələr xarabazara çevrilmişdir. Bütün bu və ya digər tarixi hadisələr arxivlərdə və mənbələrdə öz əksini tapıb.

Tarixi mənbələrə əsasən, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. 1918-ci ilin yazından başlayaraq, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları "Böyük Ermənistan" yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda minlərlə əhali erməni vəhşiləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirmişlər. 1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. 1918-1920-ci illərdə Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş erməni-bolşevik qırğınları tariximizin qara səhifələrindən birini təşkil edir. Bakıda başlanan və bölgələrdə davam etdirilən həmin qırğınlar nəticəsində 10 minlərlə günahsız insan qətlə yetirilmiş, saysız-hesabsız evlər dağıdılmış, bütöv kəndlər, şəhər və qəsəbələr xarabazara çevrilmişdir. Bütün bu və ya digər tarixi hadisələr arxivlərdə və mənbələrdə öz əksini tapıb. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini gösətərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.

QUBA ŞƏHƏRİNDƏ “SOYQIRIMI MEMORİAL KOMPLEKSİ“

Bildiyimiz kimi, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.

Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edirdi. Ona verilmiş səlahiyyətlərdən sui- istifadə edərək, Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Beləliklə, 1918-ci il faciəli hadisələrin bolşevik-daşnak tandemi tərəfindən həyata keçirilmişdir. 1918-ci il mart ayından başlayaraq müsəlman əhalisinin kütləvi qırğınlarını 70 % erməni əsgərlərindən ibarət olan, erməni zabitlərinin rəhbərlik etdiyi qoşunlar tərəfindən törədilmişdir.

Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə 16 adda buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.

Prezident İlham Əliyevin bildirdiyi kim, “Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir.”

31 Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Bu tariximizdən silinməyəcək dəhşətli hadisədir. Qeyd olunan tarixin acı həqiqətləri ermənilərin məqsədyönlü olaraq xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətini göstərir. Faktlər, rəqəmlər bu siyasətin nəticəsində nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldığını sübüt edir. Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər