Məlum fakt ondan ibarətdir ki, sovetlər birliyi qapalı bir rejim idi. Burada kiminsə müstəqil fikir söyləməsi, razılaşdırmadan addım atması və ya başına adamları toplayıb siyasi, ictimai təşkilat yaratması qeyri-mümkün idi. Belə xəyallara düşənlər beşikdəcə məhv edilirdilər. Çünki hakimiyyətin söykəndiyi bir ideologiya, həyata keçirdiyi bir siyasət vardı. Kommunist partiyası bütün sovetlər birliyi vətəndaşlarının arxalandığı yeganə siyasi təşkilat hesab olunurdu. Ancaq elə ki, sovetlərin sütunları laxlamağa başladı, bəzi şəxslər siyasi iddialarla çıxış etmək iddialarına düşdülər. Bu zaman sovet “KQB”si həmin iddialı şəxslərlə müəyyən razılaşmalar əsasında onlara müsbət rəy verdilər. Beləliklə, sovet respublikalarında, o cümlədən Azərbaycanda ötən əsrin 88-ci illərindən etibarən “KQB”-nin şinelindən çıxan insanlar üzə çıxmağa başladılar. Hansı ki, bu şəxlərin əksəriyyəti düz-əməlli biliyə, savada malik deyildilər. Lakin xüsusi proqram əsasında onlar insanların arasında nüfuz və hörmət sahiblərinə çevrildilər. Bir qədər sonra ittifaq daxilində sensasiya sayılan bir hadisə baş verdi- bir neçə nəfər toplaşaraq AXC adlı siyasi təşkilat yaratdılar. Təşkilatın sədri formal olaraq Əbülfəz Elçibəy olsa da əsas idarəedicilər “KQB” məktəbinin sanballı simalarında olan Müsavatın indiki başqanı İsa Qəmbər, vətənə xəyanət yolu tutduğu üçün həb s edilən AXCP sədri Əli Kərimli və digərləri oldu. Sonuncu şəxslər heç bir zaman qalmaqallı proseslərə qatılmır və özləri haqqında mənfi rəyin formalaşmasına imkan vermirdilər. Fikir verin, 1990-cı il yanvarın 20-də Bakı şəhərində sovet ordusu Azərbaycan xalqına qarşı dəhşətli vəhşiliklər törətdi, insanlar öldürüldü, küləvi həbslər həyata keçirldi, ancaq etiraz mitinqlərinin əsas təşkilatçıları olan İsa Qəmbər, Əli Kərimli və digərləri zərər görmədilər. 1990-cı il Yanvar qırğını zamanı baş verənlər İsa Qəmbərin “KQB”-nın gizli agenti olduğuna bir daha təsdiqlədi. Məlum oldu ki, İsa Qəmbər hazırda cəhənnəmdə olduğu şübhə doğurmayan Mixail Qorbaçovun əsas adamlarından olmuş Viktor Polyaniçkonun ideya müəllifliyi ilə yaradılan təxribat qrupunda əsas şəxslərdən olub. İsa Qəmbərin təmsil olunduğu "Gənc alimlər klubu" 20 yanvar faciəsinin törədilməsinə zəmin hazırlayıb. 1990-cı ilin yanvar ayının birinci ongünlüyündə AXC-nin ilk konfransında parçalanma yaradan, nəticədə radikal qanadın Müdafiə Şurası yaratmasına nail olan "Gənc alimlər klubu" baş verəcəkləri izləmək üçün fəaliyyətini arxa plana çəkib.Qırğın törədildikdən sonra Əli Kərimli və İsa Qəmbər yoxa çıxdılar. Sonradan məlum oldu ki, “KQB” onların daha təhlükəsiz yerdə gizlənmələrini təmin edib. Onların şair Vaqif Səmədoğlunun evində gizləndikləri bildirilir.
“Onlar Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirdilər"
Meydan hərəkatının üzvlərindən olan Zərdüşt Əlizadə təsdiq edir ki, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının əsas təşkilatçılarından olan Yevgeni Primakov olub. Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul edib və onlara müəyyən tapşırıqlarını verib. Azərbaycan SSR “KQB”-sinin keçmiş rəhbəri Vaqif Hüseynovun milli-azadlıq hərəkatının başlaması və tarixi ilə bağlı xatirələrində AXC-nin Moskvanın razılığı ilə yaradıldığını bildirmişdir. O dövrün hadisələrinin iştirakçısı olmuş Ayaz Mütəllibov Azərbaycan mətbuatına verdiyi açıqlamasında Vaqif Hüseynovun AXC ilə bağlı fikirlərinin əsaslı olduğunu söyləmişdir. A.Mütəllibov bildirmişdir ki, M. Qorbaçov yenidənqurması dövründə qeyri-formal siyasi təşkilatlar, bu dalğa üzərində isə keçmiş SSRİ-nin bir çox yerlərində, o cümlədən də Azərbaycanda Xalq Cəbhəsi yaradılmağa başlanmışdı: "Bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da Xalq Cəbhəsi o zamankı sovet DTK-sı tərəfindən ciddi nəzarətdə saxlanılırdı. Bundan başqa, Azərbaycan Xalq Cəbhəsinin liderlərinin çoxu “KQB” ilə birbaşa əməkdaşlıq edirdilər. İndi Xalq Cəbhəsinin bəzi liderlərinin bu təşkilatın Azərbaycandakı milli-azadlıq hərəkatı nəticəsində yarandığını deməsi məndə sadəcə olaraq gülüş doğurur. Çünki Sovet İttifaqında heç bir təşkilat, illah da qeyri-formal, yarımgizli təşkilat SSRİ “KQB”-sinin bilavasitə iştirakı və icazəsi olmadan yaradıla bilməzdi və bu adamlar yuxarıdan razılıq olmadan heç bir müstəqil addım ata bilməzdilər. Mən bunu Xalq Cəbhəsi liderlərinə də dəfələrlə demişdim ki, əgər ermənilər bizə qarşı artıq bir cəbhə açıblarsa, onda ikinci cəbhəni yaratmaq nəyə və kimə lazımdır, biz bu cəbhəni kimə qarşı yaradırıq. Mən Xalq Cəbhəsi liderlərinə təklif etdim ki, gəlin, ermənilərə qarşı vahid bir cəbhədə birləşək. Lakin Qarabağ məsələsi onları qətiyyən maraqlandırmırdı, onlar yalnız hakimiyyətə gəlmək ehtirası ilə alışıb yanırdılar. Onlar Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirdilər".
Məlumatlara görə, 20 yanvar faciəsindən bir gün öncə AXC-nin fəallarına divan tutulması müzakirə olunarkən, Viktor Polyaniçko İsa Qəmbər haqqında "İsa Kambar naş çelovek!" deyib və daha sonra onun qorunmasını təmin edib. Əslində Viktor Polyaniçkonun yaratdığı "Gənc alimlər klubu"nda "parlayan" İsa Qəmbərin xidmətləri qarşılığında qorunması gözlənilən idi. Azərbaycan xalqı 20 yanvar faciəsinin hüzünlü günlərini yaşadığı zaman İsa Qəmbər və Əli Kərimli müxtəlif qonaqlıqlarda kef çəkirdilər. Bir qədər sonra isə onlar meydan çıxıb, heç nə olmamış kimi siyasi bəyanatlarla çıxış etdilər, özlərinə reytinq qazandırmaq üçün pafoslu bəyanatlar səsləndirdilər. Nəticə onlar üçün uğurlu öldü. AXC yenidən formalaşan zaman İsa Qəmbər, Əli Kərimli və digərləri siyasi təşkilatın əsas aparıcı şəxsləri seçildilər. Bu cür xüsusi statuslar AXC-nin 1992-ci il də hakimiyyəti zor gücünə zəbt edən zaman işlərinə yaradı. Beləliklə İsa Qəmbər parlamentin sədri, Əli Kərimli sə dövlət katibi oldular.
Vətən xainləri cəzalarını alacaqlar
O zaman Əli Kərimli və İsa Qəmbər “KQB”nin təlimatına uyğun olaraq ölkənin idarə edilməsini həyata keçirən əsas şəxslər idilər. Elçibəyin prezidentliyi formal xarakter daşıyırdı. Onlar Elçibəyi prezident olaraq qəbul etmirdilər, özləri istəklərinə uyğun qərarlar verir və addımlar atırdılar. İsa Qəmbər parlament sədrliyinin 5-ci ayında Müsavat adlı partiya yaratdığını elan etdi. Təbii ki, Müsavatın yaradılması səbəbsiz deyildi, “KQB” belə istəmişdi. Eyni siyasi, ideoloji məfkurəni bölüşdüklərini elan edən şəxslər bir-birinə necə müxalifətdə ola bilərlər? Deməli deyilənlər və yazılanlara əsaslıdır- İsa Qəmbər “KQB” agenti olub. Bu gün də öz vəzifəsini və ötən əsrin 88-ci ilində üzərinə götürdüyü öhdəliyi “ləyaqətlə” yerinə yetirir.
Vaqif Hüseynovun, Zərdüşt Əlizadənin və digərlərinin fikirlərinə, eləcə də ortada olan digər faktlara əsasən demək olar ki, bu gün İsa Qəmbərin və Əli Kərimlinin Rusiya maraqlarına uyğun fəaliyyət yolu tutmaları gözləniləndir. Çünki agent heç zaman öz missiyasından imtina edə bilməz. Yəni agentlər ömürlərinin sonuna qədər üzərilərinə götürdükləri vəzifələri yerinə yetirməyə məhkumdular. Ona görə də, İsa Qəmbər, Əli Kərimli, Ramiz Mehdiyev və digərləri heç bir bəhanə gətirmədən, süründürməçiliyə yol vermədən Rusiya xüsusi xidmət orqanlarından gələn sifarişləri yerinə yetirirlər. Lakin onlar artıq ifşa olunub və hər iki satqın və xəyanətkar həbs ediliblər. Onların istintaqı gedir. Yəqin ki, çox yaxın zamanlarda işə məhkəmədə baxılacaq və vətən xainləri ən ağır cəzalarını alacaqlar.
İLHAM ƏLİYEV