Bu gün Sabirabad rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Müasir Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında vurğulayıb ki, Zərifə xanım Əliyeva həm nəcib insan, həm də dahi alim kimi xalqımızın qəlbində əbədi yaşayacaqdır. O, Zərifə xanımın Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsindəki mənəvi rolunu xüsusi diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən, onun zəngin elmi irsindən və humanist fəaliyyətindən geniş bəhs edib. Təşkilat sədri qeyd edib ki, Zərifə xanımın ömür yolu hər bir Azərbaycan qadını və tibb işçisi üçün əsl örnəkdir.
Daha sonra çıxış edənlər Elnur Əzizov, Ziyafət Sadayeva və Xədicə Mirzəliyeva akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamentallar tədqiqatların bu gün də dünya tibb elmi üçün aktual olduğunu qeyd ediblər. Bildirilib ki, Zərifə xanımın traxoma xəstəliyinin müalicəsi və profilaktikası sahəsindəki fəaliyyəti minlərlə insanın gözünə nur bəxş edib.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.