PDF Oxu

Siyasət

  • 512

Əbədi və sarsılmaz müstəqilliyimiz

image

20 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı
Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Şəhərsalma və Memarlıq” ili
çərçivəsində “Əbədi və sarsılmaz müstəqilliyimiz” mövzusunda görüş təşkil etmişdir.
Görüşü YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev açmış, Ulu
Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfalı Paşayev Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını
təbrik etmiş, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında
Azərbaycan Respublikasının Qanunu” haqda ətraflı məlumat vermişdir.
Səfalı Paşayev 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün
kimi qiymətləndirib. O, cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan,
Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük
cəsarət tələb etdiyini vurğulayıb. “1918-ci il 28 may təkcə Azərbaycanın tarixində
deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. İlk növbədə,
müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla
xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və
azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün
vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha
əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan
edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli
ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü
siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Tədbirdə Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Zamin Məmmədov çıxış edərək Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən
danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin
çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı
və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən Dilarə
Hüseynova bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü
qeyd edib.
Tədbirdə Günay Xəlilova, Gülər Piriyerva və başqaları müstəqillik yolunda
xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun
qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən
danışıblar.

Digər xəbərlər