06 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının veteran partiya üzvü, əməkdar müəllim Ənvər Mustafayev 85 illik yubileyi münasibətilə təbrik edilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak etmişdir.
O, Ənvər Mustafayevi yubileyi münasibətilə təbrik etmiş, onun Yeni Azərbaycan Partiyasına 33 il ərzində göstərdiyi səmərəli və fədakar fəaliyyətini yüksək qiymətləndirmişdir. Çıxışda Ənvər Mustafayevin partiya dəyərlərinə sadiqliyi, təşkilati işlərdə məsuliyyətli mövqeyi və Xəzər rayon təşkilatının inkişafındakı rolu xüsusi vurğulanmışdır. Ənvər Mustafayev uzun illər ərzində partiyanın ideyalarının təbliği və təşkilati fəaliyyətin gücləndirilməsi istiqamətində ardıcıl və nümunəvi xidmətlər göstərmişdir.
Tədbir çərçivəsində Ənvər Mustafayevə Yeni Azərbaycan Partiyasına göstərdiyi 33 illik xidmətlərinə görə təşəkkür edilmiş, 85 illik yubileyi münasibətilə ona qiymətli hədiyyə və Fəxri Fərman təqdim olunmuşdur. Bu, onun çoxillik fəaliyyətinə və partiyaya verdiyi töhfələrə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilmişdir.
Sonda Ənvər Mustafayev ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirmiş, bundan sonra da Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edəcəyini vurğulamışdır.