PDF Oxu

Siyasət

  • 579

Nasistlər ştatlarda seçkilərə hazırlaşırlar - FOTO

image

Bu ilin sentyabr ayının 6-da Almaniyanın bəzi ştatlarında seçkilər planlaşdırılır. Bununla bağlı dövlət hazırlığa başlayıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, nasistlər yenə də fəallıqları ilə seçilirlər. Onlar hər yerdə əhalini təhdid edir, hədələr və mesajlar verirlər. Bu dəfə faşist dərnəklərinin birlik nümayiş etdirə biləcəkləri proqnozlaşdırılır. Hətta ötən ilki seçkilərdən fərqli olaraq bu dəfə AfD böyük hesabla hazırki kansler F.Mertzin partiyasına qalib gələ biləcəyi ehtimal olunur. Bu isə ikinci dünya müharibəsindən sonra faşistlərin ilk qələbələri olacaq. Sorğuların nəticələrinə görə, AfD, sentyabr ayında keçiriləcək bir neçə ştat seçkilərindən əvvəl dəstək qazanmağa davam edir.

Şərqi Saksoniya-Anhalt əyalətində nasistlər 6 sentyabrda mütləq çoxluq qazanmaq və ilk dəfə ştat hökumətinə rəhbərlik etmək şansı var. Həmçinin bildirilib ki, Almaniyanın hakim Xristian Demokrat Birliyi (CDU) AfD-yə qarşı mübarizə aparmaq üçün ştat seçki kampaniyası zamanı ona məsləhət vermək üçün böyük bir ekspert komandası yaradıb.

Almaniyanın hakim Xristian Demokrat Birliyi hesab edir ki. Nasitlərin önə çıxmasında Rusiyanın dəstəyi xüsusi rol oynayır. F.Mertz hakimiyyəti iddia edir ki, Almaniyada seçkiləri öncəsi Rusiyanın dəstəklədiyi dezinformasiya kampaniyalarının artması müşahidə olunub.Bu barədə "Avropa Pravdası"nın məlumatına görə, təhlükəsizlik sektoru ilə tanış mənbələr "Reuters"ə məlumat verib.

Agentliyin mənbələrinə görə, bu kampaniyalar tez-tez ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının yerli siyasi rəqiblərini hədəf alır.Onlar qeyd ediblər ki, Rusiya kampaniyaları siyasi mühiti qütbləşdirmək və mövcud hökuməti və digər partiyaları nüfuzdan salmaq məqsədi daşıyır. Dörd təhlükəsizlik mənbəyi bildirib ki, Almaniya hakimiyyəti bu kampaniyaların Rusiyadan bir sıra şirkətlər vasitəsilə mərkəzləşdirilmiş şəkildə əlaqələndirildiyinə əmindir.

Bu kampaniyalara əsasən ingilis dilində olan və sosial mediada BBC və Almaniya televiziya kanalı ARD da daxil olmaqla nüfuzlu media orqanlarının loqotiplərini əks etdirən videolar daxildir.Onların yerli siyasətçilərə qarşı mənimsəmədən tutmuş cinsi təcavüzə və istismara qədər yalan ittihamlar ehtiva etdiyi deyilir.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü hökumətin "Matryoşka" adlandırılan dezinformasiya kampaniyasını izlədiyini, lakin heç bir aktiv tədbir görmədiyini təsdiqləyib.

"Hazırda bu kampaniyanın internetdə əhəmiyyətli bir təsiri yoxdur. Bu, ehtiyatlılığımızı itirə biləcəyimiz və ya buna bənzər bir şey demək deyil. Bu, ciddi bir dezinformasiya kampaniyası olaraq qalır", - deyə o bildirib.

İlham

Digər xəbərlər