PDF Oxu

Siyasət

  • 542

Polşada yeni iğtişaşlar başladı - FOTO

image

Polşada sosial-iqtisadi vəziyyətin ağırlaşması əhalini Donald Tusk hökumətinə qarşı etirazlara səbəb olub. Artıq ölkənin bir neçə şəhərində insanlar küçələr çıxıb hökumətin iqtisadi siyasətinə etiraz əlaməti olaraq aksiyalar keçirməyə başlayıblar. Bununla yanaşı tətillərdə geniş vüsət alır. Polşada ölkə miqyasında qatar maşinistlərinin tətili dəmir yollarını iflic edib. Dəmir Yolu Sürücüləri Həmkarlar İttifaqı tərəfindən elan edilən etiraz aksiyası 11 sentyabr cümə günü başlayıb və bir neçə gün davam edəcək. Məlumata görə, tətillərin keçirdiyi zaman Polşa boyunca 3000 qatarın yola düşməsi planlaşdırılır. Həmin qatarlar hərəkətsiz olacaqlar. Bəzi qatarların fəaliyyətinə icazə verilir, lakin onlar dəmir yolu keçidlərindən keçərkən saatda 20 km-ə qədər yavaşlamalıdırlar. Bu, artıq dəmir yollarında ciddi problemlər yaradır. Hökumət tətil iştirakçıları ilə görüşüb, onların problemlərini dinləmək istəsələr də, təşkilatçılar görüşlərdən imtina edirlər. Bu isə vəziyyəti idarəedilməz hala gətirib çıxarır. Hökumət tətilin və küçələrdə etiraz aksiyalarının genişlənməsinin qarşısını almaq üçün güc vasitələrindən istifadə etməyə başlayıəb. Artıq etiraz aksiyaların iştirakçıları ilə polis arasında ilik qarşıdurmalar paytaxta baş verib. Həbslərin olduğu bildirilir.

İlham

Digər xəbərlər