PDF Oxu

Dünya

  • 351

“Orta güc” modeli...

Cənubi Koreyanın geosiyasətdə düzgün etdiyi şeylər...

“Orta güc” modeli...

...Cənubi Koreya orta gücün ABŞ-la hərbi ittifaqından əl çəkmədən müstəqilliyini necə gücləndirə və qlobal siyasətə təsir edə biləcəyini göstərir.

Seul öz sənayesini və ordusunu qurur, beynəlxalq tərəfdaşlıqları genişləndirir və silah ixracını diplomatiya alətinə çevirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Affairs yazır.

2025-ci ildə Cənubi Koreya Avropa NATO ölkələrinə ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsü oldu.

Belə ki, bu ölkə Xorvatiya, Estoniya, Finlandiya, Norveç, Polşa və Rumıniya ilə çox milyardlıq müqavilələr bağlayıb, həmçinin Ukrayna, Yaxın Şərq və Cənub-Şərqi Asiya ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirir.

Vaşinqtonla müttəfiqlik müstəqilliyə mane olmur...

...Koreya yarımadasında 28,5 min amerikalı əsgər yerləşdirilib. Onların mövcudluğu Şimali Koreyadan gələn təhlükənin qarşısını almağa kömək edir. Eyni zamanda Seul öz hərbi texnologiyasını və sənayesini, o cümlədən yarımkeçiricilər, akkumulyatorlar, polad və gəmilərin istehsalını inkişaf etdirir.

Cənubi Koreya nümayiş etdirir ki, orta güclər ayrıca beynəlxalq blok yaratmadan və ya ABŞ-la münasibətləri kəsmədən daha böyük müstəqilliyə nail ola bilərlər.

Cənubi Koreya prezidenti Li Çje-Munq Amerika iqtisadiyyatına, o cümlədən iki ölkənin təhlükəsizliyinin maraqlarına uyğun olaraq 350 milyard dollar sərmayə yatıracağını vəd edib.

Bununla belə, müttəfiqlər arasında fikir ayrılıqları qalmaqdadır. Vaşinqton müəyyən şərtləri yerinə yetirmədən yarımadadakı birgə qüvvələrin operativ komandanlığını Seula ötürməyə razı deyil.

Əli Babayev

Digər xəbərlər

“Bu, qeyri-sağlamdır”: Melania Tramp ərinin ətrafını tənqid etdi
“Bu, qeyri-sağlamdır”: Melania Tramp ərinin ətrafını tənqid etdi

Donald Trampın həyat yoldaşı bildirib ki, ABŞ prezidenti bəzən “çox da müdrik olmayan” adamların əhatəsində olur...

Putin hələ də ən əsas şeyi anlamayıb...
Putin hələ də ən əsas şeyi anlamayıb...

Ukraynalılar artıq seçimlərini ediblər...

Ulduz amerikalı komediyaçı Trampı ələ salıb
Ulduz amerikalı komediyaçı Trampı ələ salıb

ABŞ prezidenti Putinlə görüşündən sonra zarafat hədəfinə çevrilib...

Rusiya Çin texnologiyalarından asılıdır...
Rusiya Çin texnologiyalarından asılıdır...

Çin Rusiyaya Shahed dron mühərriklərinin tədarükünə məhdudiyyətlər tətbiq etdi...elə Kreml rəhbərinin Çinə gəldiyi gün...

“Könüllülər koalisiyası”
“Könüllülər koalisiyası”

Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək...