ABŞ prezidenti Putinlə görüşündən sonra zarafat hədəfinə çevrilib...
...Amerikalı teleaparıcı və komediya ustası Cimmi Kimmel Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüş zamanı Putini səmimi salamladığı üçün ABŞ prezidenti Donald Trampı ələ salıb.
"...Tramp hətta Putinə Alyaska verə bilər".
Kimmel bunu öz proqramında zarafat kimi dilə gətirib.
SİA-nın əldə etdiyi məlumata görə, The New York Times yazır ki, Kimmel liderlərin görüşünü "axmaqların böyük zirvəsi" adlandırıb.
Aparıcı Putini dostu adlandıran Trampın sözlərinə xüsusi diqqət yetirib.
"Aman Tanrım, bu oğlana səs versən də, etiraf etməlisən - onun dostluqdan dəhşətli zövqü var",- deyə Kimmel bəyan edib.
...Putin görüşün hamının gözlədiyindən də yaxşı keçdiyini söylədi. Bu necə mümkündür? Tramp ona başqa nə verə bilər? Alyaska?
Komediyaçılar müharibəni və NATO-nu xatırladılar...
Proqramda həmçinin Trampın Rusiya prezidenti ilə ünsiyyətinin mehriban tonu da ələ salınıb. Komediya ustası Maykl Kosta öz sözlərini itin sahibi haqqında danışması ilə müqayisə edib: "O, mənim dostumdur. Bizim xüsusi münasibətimiz var. Ümid edirəm ki, o, mənə hamburger verəcək".
Aparıcı Set Meyers xatırladıb ki, Rusiya Trampın hakimiyyətə gəlməsinə kömək etmək üçün Amerika seçkilərinə müdaxilə edib və NATO-nu zəiflətməyə çalışır. Kosta həmçinin zarafat edib ki, sammit iştirakçıları Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getməsindən istifadə edib sənədləri imza üçün onun əlinə qoya bilərlər.
Nəticədə, komediyaçıların fikrincə, görüş nəzərəçarpacaq nəticə verməsə də, ABŞ prezidentinə iki avtoritar liderin əhatəsində xoş vaxt keçirmək imkanı verib.
Əli Babayev
Çin Rusiyaya Shahed dron mühərriklərinin tədarükünə məhdudiyyətlər tətbiq etdi...elə Kreml rəhbərinin Çinə gəldiyi gün...
Gizlənəcək yer yoxdur...
Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək...
Kreml rəhbərinin cəbhədə baş verənlərdən xəbəri yoxdur...
Fransa müdafiə nazirinin müavini detalları paylaşdı…
“Yalta”nın parodiyasını görürük...
Demokratların qələbəsi Kremlin bütün planlarını alt-üst etdilər...
Analitik Krım körpüsünün uçmasının Rusiya ordusu üçün yaratdığı təhlükəni izah etdi...
Vaşinqtonla münaqişə kontekstində, Tehran hücum taktikalarını tətbiq edib və bu taktikalar istənilən məsafədə hədəfləri vurmaq üçün raket mənzilini artırmağı nəzərdə tutur
Vitkoff və Kuşnerin Kremldə etdikləri...