Gizlənəcək yer yoxdur...
...R-280 "Novorossiya" magistral yolundakı Rusiya hərbi karvanları getdikcə yük maşınlarını və təchizat maşınlarını itirir.
SİA xəbər verir ki, "ATESH" partizan hərəkatının məlumatına görə, bu, Krım körpüsündə hərəkət dayandırıldıqdan sonra hərbi yüklərin əsas axınının tək bir marşruta yönləndirilməsi ilə əlaqədardır.
Rusiyanın "Dnepr" qoşun qrupunun bölməsində yerləşən "ATESH" agentləri vəziyyət barədə məlumat veriblər. Onların məlumatlarına görə, R-280 magistral yolunda ordu yük maşınlarının və təchizat maşınlarının məhv edilməsi hallarının sayı artıb.
Krım körpüsü dayandırıldıqdan sonra Zaporojye istiqamətində Rusiya kontingenti üçün əsas hərbi yük axını "Novorossiya" magistral yolu ilə quru yoluna yönləndirilib. Buna görə də hərbi texnika sütun şəklində hərəkət edir və bu da onun həssaslığını artırır.
Rusiya hərbçilərindən biri vəziyyəti belə izah edib: "Körpü dayanandan sonra bütün axın bir marşrut üzrə yönəldilib. Maşınlar sütunlarla hərəkət edir, gizlənməyə heç bir yer yoxdur. Nəticədə nəqliyyat itkiləri hər gün artır, sursat və yanacaq böyük fasilələrlə verilir".
Partizanların fikrincə, hərbi nəqliyyatın bir marşrutda cəmləşməsi rus bölmələrinin cəbhə xəttində təchizatında problemlər yaradır.
Marşrutda hər hansı nasazlıqlar yanacaq, sursat və digər yüklərin çatdırılmasına təsir göstərir.
"ATES" Rusiya texnikasının hərəkətini izləməyə və Ukrayna Müdafiə Qüvvələrinə hərbi logistika haqqında məlumat ötürməyə davam etdiyini bildirib.
Xatırladaq ki, noyabrın 17-nə keçən gecə Krım körpüsü müxtəlif dağıdıcı vasitələrdən istifadə edilməklə yenidən genişmiqyaslı hücuma məruz qalıb.
Daha sonra təxminən 220 metr uzunluğunda olan körpünün tağının və avtomobil hissəsinin uçması barədə məlumatlar ortaya çıxıb.
Əli Babayev
Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək...
Kreml rəhbərinin cəbhədə baş verənlərdən xəbəri yoxdur...
Fransa müdafiə nazirinin müavini detalları paylaşdı…
“Yalta”nın parodiyasını görürük...
Demokratların qələbəsi Kremlin bütün planlarını alt-üst etdilər...
Analitik Krım körpüsünün uçmasının Rusiya ordusu üçün yaratdığı təhlükəni izah etdi...
Vaşinqtonla münaqişə kontekstində, Tehran hücum taktikalarını tətbiq edib və bu taktikalar istənilən məsafədə hədəfləri vurmaq üçün raket mənzilini artırmağı nəzərdə tutur
Vitkoff və Kuşnerin Kremldə etdikləri...
Putinin ən böyük qələbəsinin simvolu elə vaxtında çökdü...
Hər üçünün maraqları toqquşur...