PDF Oxu

Siyasət

  • 380

Goranboyda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

Goranboyda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında bir qrup partiya veteranları, partiya fəalları və ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə konfrans keçirildi.

Tədbir iştirakçıları ilk öncə Goranboy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi sərgi ilə tanış olmuş və Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Konfrans Azərbaycan xalqının Ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etməklə başlanılmış və Dövlət Himni səsləndirilmişdir.

İlk öncə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat vermiş və iştirakçıları bayram münasibətilə təbrik etmişdir.

Sonra Yeni Azərbaycan Partiyasının 34 illik zəngin fəaliyyət yolunu, ölkənin ictimai-siyasi həyatındakı rolunu və qazandığı uğurları əks etdirən videçarx nümayiş olunub.

Goranboy rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyevin və YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevin çıxışları ilə davam edən tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan dövlətçilik tarixində mühüm hadisə olduğu vurğulanıb. Qeyd edilib ki, 1992-ci il noyabrın 21-də xalqın böyük dəstəyi və Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirir. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol milli maraqlara sədaqətin, siyasi iradənin, dövlətçilik ənənələrinə bağlılığın və xalqla birliyin parlaq nümunəsidir. Partiyanın sıralarında birləşən minlərlə vətəndaş ölkəmizin inkişafı, dövlət siyasətinin təbliği və ictimai-siyasi proseslərdə fəal iştirak istiqamətində mühüm fəaliyyət göstərir.

Digər çıxış edən Uşaq və Ailələrə Dəstək Mərkəzi ərazi partiya təşkilatının sədri Gülər Əliyeva və partiya veteranı Tuqay Sərdarlı Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu bildiriblər. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ötən 34 il ərzində böyük inkişaf yolu keçərək Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrilib.

Tədbirin davamında Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirakına görə, eləcə də yubiley yaşları tamam olan bir qrup partiya veteranına Fəxri Fərman və hədiyyələr təqdim edilib. Təltif olunan partiya veteranlarının uzunillik səmərəli fəaliyyəti, partiya dəyərlərinə sədaqəti və ictimai-siyasi proseslərdə fəallığı yüksək qiymətləndirilib.
Sonda partiya veteranları partiya veteranlarına ehtiramın ifadə edilməsi və partiya üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə görə minnətdarlıqlarını bildirərək Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyətinə uğurlar arzulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər