Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək...
...Noyabrın 19-da Berlində keçirilən "könüllülərin koalisiyası" görüşündə iştirakçı dövlətlərin 30-dan çox lideri hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynada çoxmillətli müttəfiq hərbi qüvvələrinin yerləşdirilməsi planlarını müzakirə edəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "European Pravda"nın müxbirinə Yelisey sarayındakı "könüllülərin koalisiyası"nın iclasında Fransanın mövqelərinin hazırlanması ilə məşğul olan mənbə bildirib.
Yelisey Sarayı Ukrayna üçün hazırlanan təhlükəsizlik zəmanətlərinin üç komponentini xatırladıb: Ukrayna Silahlı Qüvvələrinə müdafiənin birinci xətti kimi dəstək, "könüllülərin koalisiyası" çərçivəsində Ukrayna üçün Çoxmillətli Qüvvələrin (ÇMQQ) yerləşdirilməsi və möhkəm hüquqi və siyasi təhlükəsizlik zəmanətlərinin təmin edilməsi...
...Biz həmişə demişik ki, bu koalisiya sülh uğrunda koalisiyadır. Və sülh Ukrayna nə qədər güclü və təhlükəsiz olarsa, bir o qədər güclü və davamlı olacaq və bir daha hücuma məruz qalmayacağına zəmanət veriləcək, - deyə mənbə vurğulayıb.
Xatırladaq ki, "könüllülər koalisiyası"nın ilk birgə hərbi təlimləri hazırda Polşada keçirilir.
22 noyabra qədər davam edəcək manevrlərdə 11 ölkədən təxminən 2800 hərbçi iştirak edəcək.
Təlimlərə Fransa və Böyük Britaniya rəhbərlik edir. Onların məqsədi müharibədən sonra Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün mexanizmləri tətbiq etməkdir. Ən böyük kontingent Fransa (1100 hərbçi) və Böyük Britaniya (300) tərəfindən göndəriləcək.
Əli Babayev
Kreml rəhbərinin cəbhədə baş verənlərdən xəbəri yoxdur...
Fransa müdafiə nazirinin müavini detalları paylaşdı…
“Yalta”nın parodiyasını görürük...
Demokratların qələbəsi Kremlin bütün planlarını alt-üst etdilər...
Analitik Krım körpüsünün uçmasının Rusiya ordusu üçün yaratdığı təhlükəni izah etdi...
Vaşinqtonla münaqişə kontekstində, Tehran hücum taktikalarını tətbiq edib və bu taktikalar istənilən məsafədə hədəfləri vurmaq üçün raket mənzilini artırmağı nəzərdə tutur
Vitkoff və Kuşnerin Kremldə etdikləri...
Putinin ən böyük qələbəsinin simvolu elə vaxtında çökdü...
Hər üçünün maraqları toqquşur...
Rusiya APEC sammitində üçlük arasında ən zəif gücdür...