Bazar ertəsi Omanın Musandam bölgəsindən çəkilmiş fotoda Hörmüz boğazı yaxınlığında gəmilər görünür. BƏƏ ötən həftə Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) istismar etdiyi üç gəmiyə tranzit zamanı hücum edildiyini bildirdikdən sonra gəmiçilik fəaliyyətinin demək olar ki, dayanma həddinə çatdığı müşahidə olunub.
Məlumatlara görə, tankerlərə edilən hücumlardan sonra həftəsonu Hörmüz boğazından gəmi keçidləri azalıb. Bu arada, Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı ABŞ və İran arasında aparılan danışıqlar dalana dirənib.
Kpler gəmi izləmə sisteminin məlumatlarına əsasən, şənbə günü boğazdan beş yük gəmisi keçib, bazar günü isə heç bir gəmi keçidi qeydə alınmayıb. Müqayisə üçün, əvvəlki həftəsonu bu göstərici 31 gəmi təşkil edib.
Kpler-in məlumatına görə, şənbə günü boğaza daxil olan gəmilər arasında Avtomatik İdentifikasiya Sistemi (AIS) söndürülmüş, boş vəziyyətdə olan çox böyük neft tankeri (VLCC), eləcə də İran marşrutundan istifadə edən Hindistan bayrağı altında üzən çox böyük qazdaşıyan tanker (VLGC) olub.
Lalə Mehralı
Amerika siyasətinin gözlənilməzliyi hərbi gücünün itirilməsi demək deyil...
Sanksiya siyahısına 30 nəfər və iki təşkilat əlavə edilib...
Ötən həftə BƏƏ sülh danışıqlarının birinci raunduna ev sahibliyi etdi...
İndiki qüvvələr balansı onlara dünya nizamını müəyyən etməyə imkan vermir...
Müharibənin Tədqiqi İnstitutu Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə endirdiyi zərbənin nəticələrini açıqladı...
Ankara bölgənin ən güclü donanmasına sahibdir...
Sibir və Uzaq Şərq ən yüksək bədəli ödəyir...
Hətta Z təbliğatçıları da qəzəblənirlər...