PDF Oxu

Dünya

  • 957

Andrey Sibiqa və Hakan Fidan Brüsseldə görüşüblər

Andrey Sibiqa və Hakan Fidan Brüsseldə görüşüblər

Ukrayna və Türkiyənin xarici işlər nazirləri Andrey Sibiqa və Hakan Fidan Brüsseldə regionlararası təhlükəsizlik və qarşılıqlı əlaqə məsələləri üzrə XİN başçılarının ikinci görüşü çərçivəsində görüş keçirib. Bu barədə Sibiqa özünün teleqram kanalında yazıb. Qeyd edilib ki, tərəflər Qara dəniz regionunda təhlükəsizlik məsələlərini, eləcə də ikitərəfli razılaşmaları müzakirə ediblər.

SİTAT: "Mən Türkiyənin böyük Qara dəniz dövləti və sülh prosesində əsas vasitəçi kimi mühüm rolunu vurğuladım. Biz həmçinin dövlət başçılarımız Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın əldə etdiyi razılaşmaların icrasını, Qara dənizdə vəziyyətin deeskalasiyası istiqamətində səyləri, eləcə də Azad Ticarət Sazişi qüvvəyə mindikdən sonra ikitərəfli əməkdaşlığı və ticarətin inkişafını müzakirə etdik", - A.Sibiqa qeyd edib.

Mətləb

Digər xəbərlər