İsrailin kəşfiyyat xidməti MOSSAD-ın Türkiyədə İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əsgərini oğurlayaraq öldürdüyü iddia edilir.
SİA Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" (NYT) nəşri yazıb. Bildirilir ki, MOSSAD iranlı generalı İsrailin hərbi naviqatoru Ron Aradın itkin düşməsi ilə bağlı oğurlayıb və həftələrlə dindirib, daha sonra isə öldürüb.
Araşdırma İsrail, İran və ABŞ-dan onlarla rəsmi şəxslə, eləcə də Ron Aradın axtarışında iştirak etmiş insalarla aparılan müsahibələrə əsaslanır. ABŞ-ın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri Əsgərinin gəmidə dindirildiyini, daha sonra isə meyitinin Qara dənizə atıldığını iddia edib.
Əsgərinin həyat yoldaşının sözlərinə görə, o, 2006-cı ilin dekabrında İstanbulda yerləşən hoteldən yoxa çıxıb. Əsgəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin generalı olub, Hizbullah rəhbərliyi ilə əlaqələr saxlayıb və Ron Aradın itkin düşməsindən qısa müddət sonra Livana gəlib.
İsrail uzun illər Əsgərinin yoxa çıxmasında iştirakını təkzib edib. Bununla belə, ABŞ-ın keçmiş rəsmilərindən birinin iddiasına görə, sonrakı danışıqlar zamanı İsrail nümayəndələri amerikalı həmkarlarına Əsgərinin öldüyünü bildiriblər.
Mətləb
Kreml sülh danışıqlarına ciddi yanaşmır...
İmperiya süqut etməlidir...
Yeni “Yalta” olmayacaq...
“Mossad” belə deyir...
Kim Çen In ölkənin simvolunu niyə qısaltdı?
Yanacaq qıtlığı Sibirə də çatıb...
CNN-in həmsöhbətləri onun şübhələrini respublikaçıların məğlubiyyəti və İranla münaqişə ilə əlaqələndirirlər...
İspaniya Baş naziri ölkələri əməkdaşlığa çağırdı...