PDF Oxu

Dünya

  • 1 168

Ukrayna Həştərxan vilayətindəki hərbi aerodroma zərbə endirib

Ukrayna Həştərxan vilayətindəki hərbi aerodroma zərbə endirib

Noyabrın 15-də Ukrayna Ordusu Rusiyanın Həştərxan vilayətindəki hərbi aerodroma zərbə endirib.

SİA xəbər verir ki, "Exilenova Plus"un məlumatına görə, hadisə yerində azı 30 partlayış səsi eşidilib.

Aerodrom Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 650 kilometr şərqdə, Rusiyanın Qazaxıstanla sərhədindən isə təxminən 30 kilometr qərbdə yerləşir.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, gecə saatlarında bölgənin şimal hissəsində 31 pilotsuz uçuş aparatı məhv edilib.

Axtubinsk aerodromu bundan əvvəl də Ukraynanın hücumlarına məruz qalıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) Rusiyaya məxsus beşinci nəsil "Sukhoi Su-57" qırıcı təyyarəsinin oktyabrın 29-da Axtubinsk aerodromunda zədələndiyini təsdiqləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, avqustun 20-də Ukraynanın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində Axtubinskdə yerləşən Rusiyanın "Su-34" qırıcı-bombardmançı təyyarəsi zədələnib.

Digər xəbərlər

Vens 2028-ci ildə prezidentlik yarışından imtina etməyi düşünür
Vens 2028-ci ildə prezidentlik yarışından imtina etməyi düşünür

CNN-in həmsöhbətləri onun şübhələrini respublikaçıların məğlubiyyəti və İranla münaqişə ilə əlaqələndirirlər...

İspaniya yeni BMT modeli təklif edir
İspaniya yeni BMT modeli təklif edir

İspaniya Baş naziri ölkələri əməkdaşlığa çağırdı...

Kaya Kallas: Putin Avropaya təhlükəsizlik şərtlərini diktə etməyəcək
Kaya Kallas: Putin Avropaya təhlükəsizlik şərtlərini diktə etməyəcək

Kreml Aİ-ni danışıqlar tələsinə salmağa çalışır...

Kremlin hərbi müxbiri Rusiya ordusunun acizliyini etiraf etdi
Kremlin hərbi müxbiri Rusiya ordusunun acizliyini etiraf etdi

Rusiyanın Odessanı ələ keçirmək üçün nə canlı qüvvəsi, nə də vasitəsi var...

Putinin ağlına güvənməyin mənası yoxdur
Putinin ağlına güvənməyin mənası yoxdur

Demokratlar vəzifəyə gəldikdən sonra Kremlin səlahiyyətləri kəskin şəkildə azaldılacaq...