PDF Oxu

Dünya

  • 1 470

Trampçı senator Putini qınayır...

Kreml sülh danışıqlarına ciddi yanaşmır...

Trampçı senator Putini qınayır...

...Respublikaçı senator Tom Kotton Rusiya lideri Vladimir Putinin NATO-dan 1997-ci il sərhədlərinə qayıtmaq tələbini absurd və Kremlin sülh danışıqlarına ciddi yanaşmadığını göstərən əlavə sübut adlandırıb.

SİA xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.

...NATO qoşunlarının öz sərhədlərindən çıxarılması Rusiyanın absurd tələbidir. Putin sülh danışıqlarına ciddi yanaşmadığını bir daha göstərdi. İndiki mərhələdə gələcək danışıqlar farsdır, -deyə senator bildirib.

Onun sözlərinə görə, Putin yalnız qalib gələ bilməyəcəyini anladıqda müharibəni bitirməyə razı olacaq.

Buna görə də Kotton Ukraynaya yardımın davam etdirilməsinə çağırıb.

Analitiklər vurğulayırlar ki, Kottonun ABŞ prezidenti Donald Trampa sədaqətini nəzərə alsaq, bəyanat xüsusilə maraqlı səslənir. "Cotton kifayət qədər sadiq Trampçıdır, bir vaxtlar müdafiə naziri postu üçün nəzərdə tutulmuşdu, lakin Tramp Heqseti seçdi. Cotton anti-Ukrayna deyildi, eyni zamanda o, Senat dinləmələrində həmişə Tramp administrasiyasını müdafiə edirdi - mənim bir neçə dəfə onun çıxışlarını dinləmək imkanım oldu...

Bunu "Be Or" Telegram kanalının müəllifi yazır.

Əli Babayev

Digər xəbərlər