Kənd təsərrüfatı məhsullarının payız və qış aylarında düzgün saxlanılması ərzaq təhlükəsizliyinin və keyfiyyətinin qorunmasında mühüm əhəmiyyət daşıyır. Bu sözləri "Sosial- İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyini sədri Rahilə Mehdiyeva bildirib.O, qeyd edib ki, xüsusilə meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları saxlanılarkən ekoloji tələblərə əməl olunmalıdır.
Məhsullar təmiz, quru, havalandırılan və temperaturu uyğun olan anbarlarda yerləşdirilməlidir. Nəmin, kifin və zərərvericilərin qarşısının alınması üçün mütəmadi nəzarət aparılmalı, kimyəvi maddələrdən istifadəyə mümkün qədər yol verilməməlidir.
Ekoloji saxlanmanın əsas məqsədi məhsulların təbii keyfiyyətini qorumaq, qida dəyərinin azalmasının qarşısını almaq və itkiləri minimuma endirməkdir.
Unutmayaq ki, sağlam ərzaq sağlam cəmiyyətin, düzgün saxlanma isə ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biridir.