PDF Oxu

Dünya

  • 319

Rus trolları və hakerləri Aİ-nin yeni sanksiyalarına məruz qalıb

Sanksiya siyahısına 30 nəfər və iki təşkilat əlavə edilib...

Rus trolları və hakerləri Aİ-nin yeni sanksiyalarına məruz qalıb

...Avropa İttifaqı Moskvada yerləşən Sosial Dizayn Agentliyinə, onunla əlaqəsi olan 24 şəxsə, həmçinin rusiyayönlü NoName057(16) haker qrupunun üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Ümumilikdə dezinformasiya kampaniyaları və kiberhücumlarda iştirak edən 30 nəfər və iki təşkilat yeni məhdudiyyətlərə məruz qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Politico Europe" yazır.

Qeyd edək ki. agentlik Putin administrasiyası tərəfindən maliyyələşdirilir, idarə və nəzarət olunur. Avropa ölkələrinə və qurumlarına qarşı kampaniyalar təşkil edib, həmçinin Ukraynaya ictimai dəstəyi zəiflətməyə çalışıb.

Təşkilat Doppelganger dezinformasiya şəbəkəsi ilə əlaqələndirilir. O, 2024-cü il Avropa Parlamentinə seçkilər öncəsi saxta materiallar yayaraq Almaniya və Fransaya qarşı xüsusi əməliyyatlar həyata keçirib.

Rusiyanın 2022-ci ilin martında Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra yaranan "NoName057(16)" qrupu da sanksiyaya məruz qalıb.

O, Aİ, Ukrayna və ABŞ-da dövlət qurumlarına, kritik infrastruktura və özəl şirkətlərə DDoS hücumlarına görə məsuliyyəti öz üzərinə götürür.

Sanksiya siyahısına teleaparıcılar Vitali Eliseev və Pyotr Marçenko, bloger Yuri Podolyak və RT beynəlxalq departamentinin əməkdaşı Çey Bose də daxil olmaqla rusiyalı təbliğatçılar da daxil edilib.

Sanksiyalar siyahısında olanların aktivlərinin dondurulmasını və Aİ ölkələrinə girişinin qadağan edilməsini əhatə edir. Avropa vətəndaşlarının və şirkətlərinin onlara maliyyə dəstəyi göstərməsi də qadağandır.

Əli Babayev

Digər xəbərlər

Abu Dabi Ukrayna üzrə danışıqların əsas platformasına necə çevrildi
Abu Dabi Ukrayna üzrə danışıqların əsas platformasına necə çevrildi

Ötən həftə BƏƏ sülh danışıqlarının birinci raunduna ev sahibliyi etdi...

FT: Tramp, Putin və Si dünyanı bölmək iqtidarında deyillər
FT: Tramp, Putin və Si dünyanı bölmək iqtidarında deyillər

İndiki qüvvələr balansı onlara dünya nizamını müəyyən etməyə imkan vermir...

Bu səhv Rusiyaya baha başa gələcək
Bu səhv Rusiyaya baha başa gələcək

Müharibənin Tədqiqi İnstitutu Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə endirdiyi zərbənin nəticələrini açıqladı...

Türkiyə Rusiyanın Qara dənizdəki təcavüzünü dayandırmağa qadirdir
Türkiyə Rusiyanın Qara dənizdəki təcavüzünü dayandırmağa qadirdir

Ankara bölgənin ən güclü donanmasına sahibdir...

Putinin müharibəsi rus kişilərinin bütöv bir nəslini məhv edib
Putinin müharibəsi rus kişilərinin bütöv bir nəslini məhv edib

Sibir və Uzaq Şərq ən yüksək bədəli ödəyir...

“The American Conservative”: Ukrayna məğlubiyyətə yaxınlaşır..?
“The American Conservative”: Ukrayna məğlubiyyətə yaxınlaşır..?

NATO olmayacaq, qalacaq: “The American Conservative” (Amerikalı Mühafizəkar) Rusiyanın qələbəsi üçün üç şərt saydı...

Nə adı daşımağınızın və necə dua etdiyinizin fərqi yoxdur, çünki...
Nə adı daşımağınızın və necə dua etdiyinizin fərqi yoxdur, çünki...

Əbdül Əl-Sayed ABŞ Senatında Quranla bağlı and içmək niyyətindədir