PDF Oxu

Siyasət

  • 320

Ağstafada voleybol üzrə turnir keçirilib - FOTOLAR

Ağstafada voleybol üzrə turnir keçirilib - FOTOLAR

19 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilat komandaları arasında voleybol üzrə turnir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Komandalara uğurlar arzulanaraq yarışa start verilib.

Yarışda 8 komanda mübarizə aparıb.

Daha sonra yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Yekun nəticələrə əsasən, YAP Ağstafa rayon təşkilatının komandası birinci yerə, Ağstafa Uşaq-Gənclər İdman məktəbinin komandası ikinci yerə, Ağstafa Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar YAP Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunublar.

Sonda isə xatirə şəkli çəkdirilib.

Digər xəbərlər