PDF Oxu

Siyasət

  • 176

Türk dünyasında dini və mənəvi həmrəyliyin yeni ünvanı – Bakı - ŞƏRH

image

Azərbaycanın paytaxtı Bakı tarixən müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu mühüm mərkəzlərdən biri olub. Bu baxımdan Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın zəngin mənəvi irsinin Türk dünyası və beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm hadisədir.

Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən çıxışında bu tədbirlərin əhəmiyyətinə toxunması Azərbaycanın dini-mənəvi dəyərlərə və mədəni irsə verdiyi önəmi bir daha nümayiş etdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin müsəlman dini idarə rəhbərlərinin bir araya gəlməsi qarşılıqlı əməkdaşlıq, fikir mübadiləsi və ortaq mənəvi dəyərlərin təşviqi baxımından mühüm platforma yaradır.

Türk dövlətlərini birləşdirən əsas amillər sırasında ortaq tarix, dil və mədəniyyətlə yanaşı, mənəvi dəyərlər də xüsusi yer tutur. Belə görüşlər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, dini və mədəni irsin qorunmasına, tolerantlıq ənənələrinin təşviqinə xidmət edir.

Bakıda keçirilən beynəlxalq konfransın Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirin irsinə həsr olunması isə xüsusi məna daşıyır. Azərbaycan tarixində mühüm iz qoymuş bu şəxsiyyətin elmi və mənəvi irsinin öyrənilməsi, onun düşüncələrinin gələcək nəsillərə çatdırılması milli-mədəni irsimizin qorunması baxımından əhəmiyyətlidir.

Azərbaycanın tarixən müxtəlif dini konfessiyaların və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan kimi tanınması da bu tədbirlərin keçirilməsi üçün xüsusi mənəvi zəmin yaradır. Ölkəmizdə formalaşmış tolerantlıq və qarşılıqlı hörmət mühiti dini dialoqun inkişafına mühüm töhfə verir.

Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı çərçivəsində bu cür tədbirlərin keçirilməsi üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini göstərir. Dini-mənəvi əməkdaşlıq xalqlar arasında mövcud münasibətlərin daha da möhkəmlənməsinə və ortaq dəyərlərin təbliğinə imkan yaradır.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfrans Azərbaycanın Türk dünyasındakı mənəvi və mədəni rolunu nümayiş etdirən mühüm tədbirlərdəndir.

Bu cür görüşlər ortaq dəyərlərin qorunmasına, dini və mədəni dialoqun inkişafına, Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın belə mühüm tədbirlərə ev sahibliyi etməsi ölkəmizin həm zəngin tarixi-mədəni irsinin, həm də tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə təqdim olunmasına imkan yaradır.

Nəzrin Əlizadə

YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər