PDF Oxu

Siyasət

  • 708

YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilib - FOTOLAR

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilib.
Şəmkir rayonu üzrə Mədəniyyət Sektoru, Peşə Liseyi və Şəmkir rayon Gigeyna və Epidemologiya mərkəzi ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının əməkdaşları Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin yeni siyasi mərhələdə qarşıda duran prioritetləri müəyyənləşdirdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə dövlətçilik, milli həmrəylik, təhlükəsizlik, iqtisadi inkişaf və Böyük Qayıdış prosesinin davam etdirilməsi əsas istiqamətlər sırasındadır. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü və fəalı yeni mərhələdə qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verməli, dövlətçilik və milli maraqlar ətrafında həmrəyliyi daha da gücləndirməlidir.
Çıxış edənlər ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının, xüsusilə informasiya texnologiyalarının geniş yayıldığı şəraitdə gənclərlə işin daha çevik və müasir üsullarla aparılmasının vacibliyini qeyd ediblər. Həmçinin, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Digər xəbərlər