PDF Oxu

Siyasət

  • 1 451

“Türk dövlətlərinin birliyi tarixi tələbatdır” - DEPUTAT

image

"Türk dövlətlərinin birliyi tarixi tələbatdır. Vaxtilə türk dövlətlərinin respublika şəklində Sovet İttifaqının tərkibində olması vahid türk məkanının yaradılmasına maneçilik törədirdi. Lakin müstəqillik əldə etdikdən sonra türk dövlətləri bir araya gələrək təşkilat şəklində birləşmək və ümumi inkişaf məsələlərini müzakirə etmək qərarına gəldilər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı tarixin sınağından çıxdı və bu gün həm dövlət başçıları, həm ayrı-ayrı rəsmi qurumlar, həm də vətəndaş cəmiyyəti səviyyəsində sıx birləşir:"Bizi təkcə siyasi birlik deyil, hüquqi və iqtisadi birlik, hərbi-texniki əməkdaşlıq da birləşdirir. Türk dövlətləri arasında inteqrasiya gündən-günə güclənir.Azərbaycan türk dövlətləri ilə birlikdə investisiya fondları yaratmaq təcrübəsinə başlayıb və bu, öz nəticəsini verir. Özbəkistanla 500 milyon ABŞ dolları həcmində birgə fondumuz var. Qırğızıstanla fondun həcmi 100 milyon dollar idi. Lakin son görüşdə liderlər həmin fondun həcminin 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə razılığa gəldilər.Bir-birimizin mədəniyyətinə maraq göstəririk, təhsil sahəsində inteqrasiya gedir, dillər öyrənilir. Özbəkistanda Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılıb. Bakı Dövlət Universitetində özbək dili və ədəbiyyatı, eləcə də qazax dili və ədəbiyyatı ixtisasları üzrə magistratura hazırlığı aparılır.Azərbaycan və Qırğızıstan qarşılıqlı şəkildə orta məktəblərin birində Qırğızıstanda Azərbaycan dilinin, Azərbaycanda isə qırğız dilinin öyrədilməsi barədə razılığa gəliblər.Bu birlik türk dünyası məkanında sülhün, əmin-amanlığın və qardaşlığın möhkəmlənməsinə, eyni zamanda, hər bir ölkənin inkişafına böyük töhfə verir.Bu birlik heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Bu, əməkdaşlıq, dostluq və birlik münasibətləridir. Məqsəd sülh məkanının yaradılmasıdır. Türk dövlətləri bundan sonra da qardaşlığı möhkəmləndirəcəklər".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər