PDF Oxu

Siyasət

  • 615

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultaydan irəli gələn məsələlərlə bağlı növbəti görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “H.Əliyev prospekti 50” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə növbəti görüş keçirilib.

İlk öncə Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.
YAP Nərimanov rayon təşkilatının “H.Əliyev prospekti 50” ünvanı üzrə ƏPT sədri Nazim Mahmudov çıxış edərək Azərbaycanın gələcək inkişaf perspektivləri, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və partiyanın cəmiyyət qarşısında daşıdığı məsuliyyət məsələlərinə toxunub.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, informasiya təxribatlarına qarşı mübarizədə maarifləndirmənin gücləndirilməsi və partiya fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb. Təşkilat sədri həmçinin, qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin təşəbbüskarlığının artırılması, ictimai fəallığın gücləndirilməsi və dövlətimizin inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Digər xəbərlər