16-20 oktyabr 2026-cı il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Ordubad rayon təşkilatının təşkilatçılığı ilə Tivi, Yuxarı Əylis, Aşağı Əylis, Yuxarı Əndəmic, Aşağı Əndəmic, Düylün, Gilançay, Aza, Azadkənd, Qoşa Dizə, Sabirkənd, Dəstə kənd və Maliyyə şöbəsi Ərazi Partiya Təşkilatlarında müşavirələr keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Umummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Görüşlərdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri, təşkilati işlərin gücləndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması və dövlət siyasətinin əsas prioritetlərinin təşviqi məsələləri ətrafında müzakirələr aparılıb, çıxışlar dinlənilib.
Görüşlərdə çıxış edən YAP Ordubad rayon təşkilatının müavini, ərazi partiya təşkilatı sədrləri və digər partiya fəalları tərəfindən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyət vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi vürğulanıb.