PDF Oxu

Siyasət

  • 536

Milli və dini azadlıqların təmin olunması dövlətin ali məqsədidir - TƏHLİL

Milli və dini azadlıqların təmin olunması dövlətin ali məqsədidir - TƏHLİL

Qəbul edilən qanunlar, təsdiq edilən dövlət qərarları ali hüquqi qüvvəyə malik normativ hüquqi aktdır. Fakt ondan ibarətdir ki, qanunlarsız cəmiyyətlər xaos və anarxiyaya, özbaşnalıqlara sürüklənir. Ona görə də müsbət hal olaraq vurğulamaq lazımdır, yaxşı ki, qanunlar var və bu qanunların icrası məcburi xarakter daşıyır. Qanun insanların hüquq və azadlıqlarını, dövlət aparatının təşkilini, onun strukturlarının formalaşdırılmasını və rəhbərlərinin müəyyənləşdirilməsini, xalqın suveren iradəsini, ölkənin sosial-iqtisadi və siyasi inkişafın bütün məsələlərini əhatə edir.

Müsbət və ürəkaçan fakt ondan ibarətdir ki, sivil dünyanın ayrılmaz hissəsi olan Azərbaycanda beynəlxalq hüquqa əsaslanan azad, demokratik qanunlar qəbul edilib, Prezident Fərmanları və Sərəncamları imzalanıb. Bu qanunlar ümumilikdə insanların daha firavan, təhlükəsiz yaşamasına hesablanıb. Səbəbsiz yerə deyil ki, ölkə Konstitusiyasının üçdəbiri insanların sosial-iqtisadi təminatına, təhlükəsiz yaşayışını əhatə edir. Bundan başqa Azərbaycan Konstitusiyasına görə hər kəsin dini etiqat azadlıqları mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə tam təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq isə qadağandır. Azərbaycan vətəndaşı olan hər bir kəs, eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır.

Milli və dini azadlıqlar

Dövlət bütün dinlərə bərəbərhüquqlu şərait və imkanlar yaradıb, dini icmaların maddi-texniki təminatının yaxşılaşdırılması, dini mərkəzlərə maliyyə yardımlarının göstərilməsi üçün müvafiq işlər həyata keçirib. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dövlət-din münasibətləri öz hüquqi statusunu alaraq dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi elan edilir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olması göstərilir. Konstitusiyanın “Bərabərlik hüququ" adlanan 25-ci maddəsində deyilir: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev tarixi çıxışlarının birində ölkəmizdəki yüksək tolerantlıq hissi barədə demişdir: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir”. Ulu Öndər Heydər Əliyev onu da bildirmişdir ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir".

Ulu Öndərimiz Heydər Əliyev 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Fərmanla müəyyən edilib ki, Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, eyni zamanda dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. Tam qətiyyətlə demək olar ki, Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə yaranan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsində müsbət işlər görür. Bu istiqamətdə Azərbaycan cəmiyyətinin müxtəlif dini kəsiminin mövqeyini fikirlərini öyrənməklə yanaşı, müxtəlif beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Qurulan müsbət əlaqələrin, əməkdaşlıq münasibətlərin nəticəsi olaraq ölkəmizdə dini zəmində hər hansı ziddiyyət, dini icmalar arasında qarşıdurma baş verməyib. Əksinə, əməkdaşlığın nəticəsi olaraq ölkəmizdə baş qaldıran bir sıra radikal dini qruplaşmaların fəaliyyətinin qarşısı alınıb.

Azərbaycanın azad, demokratik dövlət olduğu hər sahədə görünür

Azərbaycanda aparılan fundamental işlər ölkəmizin tərəqqipərvər demokratik bir dövlət olduğunu bir daha təsdiqləyir. Əminlik yaradır ki, zaman keçdikcə Azərbaycan daha da güclənəcək və dünyanın super güclərindən birinə çeviriləcək.

Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazımınca yararlanırlar. Ölkə Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyata keçirilməsinə lazımi şərait yaradılır. Məhz Azərbaycan xalqının xoşbəxtliyi bütün dinlərin bərabərhüquqlu şəkildə birgə fəaliyyət göstərməsində və bütün ölkə vətəndaşlarının dini inaclarına, etiqad azadlıqlarına hörmət və ehtiram göstəriməsidir. Məhz bu cür yüksək tolerantlığın, multukultural dəyələrin nəticəsi olaraq Azərbaycan dünyada bütün millətlərin və dini icmaların bir-birinə yüksək hörmət və rəğbətlə birgə yaşayışı təmin edən ölkədir. Bu ənənənin dəyişməyəcəyi şübhəsizdir. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xeyirli, gərəkli fəaliyyət Azərbaycan xalqının daha firavan, təhlükəsiz yaşamasına və dövlətimizin dünyadakı imicinin və rolunun yüksəlməsinə xidmət edir.

İ.ƏLİYEV

Digər xəbərlər