Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Tailandın Kralı Bhumibol Adulyadejə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət,
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Tailand arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını davam etdirəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və rifah arzulayıram."