Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra Fərman və Sərəncamlar imzalayıb. Ölkə Prezidenti Azərbaycan Respublikasının satınalmalar üzrə dövlət agentliyinin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, A. N. Əsgərovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurulması barədə, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-iiiqd nömrəli qanununun icrasının təmin edilməsi haqqında "Azərbaycan Respublikasinda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə, Azərbaycan Respublikası prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli sərəncamı ilə təsdiq edilmiş "mineral-xammal bazasının bərpası üzrə dövlət fondu haqqında əsasnamə"də dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapali Səhmdar Cəmiyyətinin "heydər Əliyev" beynəlxalq aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında rəsmi nümayəndə heyətləri (vip) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı"na əlavələr və dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikası və İsrail dövləti arasında 2009-cu il iyunun 28-də Bakı şəhərində imzalanmış sənədlər haqqında, Azərbaycan Respublikası və Gürcüstan arasında 2009-cu il mayın 20-də Bakı şəhərində imzalanmiş sənədlər haqqında, 2009-cu il iyunun 3-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alması haqqında saziş"in təsdiq edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.