Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
Aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən faciəli hadisələrlə bağlı xarici ölkələrin dövlət və hökumət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına başsağılığı məktubları gəlməkdə davam edir. ABŞ Prezidenti Barak Obama və Polşa Prezidenti Lex Kaçinski Prezident İlham Əliyevə başsağılığı məktubları göndərərək, baş vermiş faciəli hadisədən kədərləndiklərini və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verdiklərini ifadə ediblər.