PDF Oxu

Siyasət

  • 5 140

Paşinyan Ermənistanın çökmüş iqtisadiyyatını başqasının əlinə verir? ANALİZ

image

Erməni mənşəli iqtisadçı Tarom Əcəmoğlu baş nazirdən 300 000 dollar istəyib

Ermənistanın “Jamanak” qəzetində tanınmış erməni mənşəli iqtisadçı Taron Əcəmoğlunun ölkənin çökmüş iqtisadiyyatının bərpası üçün, qarşılığında baş nazir Nikol Paşinyandan 300 000 dollar pul tələb edib. SİA xəbər verir ki, “Əcəmoğlu öz xidmətinə görə 300 000 dollar pul istəyib”-deyə yazılmış məqaləyə şərh verən 1in.am saytının siyasi yazarı Qarik Gevorkyan Ermənistan hökumətinin bu pulu tapıb-tapmayacağı məsələsinə toxunub. Erməni şərhçi qeyd edib: “Hökumət bu pulları tapacaqmı, Əcəmoğlunu Ermənistana dəvət edəcəkmi, yaxud həmin pulları büdcədənmi verəcək, yoxsa digər mənbələrdən əldə edəcək – bu, ayrı məsələdir. Daha vacib məsələ budur ki, daha öncələrdə olduğu kimi, faktiki olaraq bu gün də eyni vəziyyət davam edir: tanınmış erməniləri, diasporu xilasedici kimi qəbul etmək və Ermənistanın inkişafını onların vasitəsi ilə həyata keçirmək”.

Qarik Gevorkyan: “Tarom Əcəmoğlu Ermənistan barədə geniş məlumatlara sahib olmadığını etiraf edib və bu baxımdan, teoretik qarantiyalar verə bilər ki, onların da qiyməti, yaxud koeffisienti yumşaq desək, müəmmalı görünür”

Göründüyü kimi, erməni siyasi icmalçı devrilmiş prezident Serj Sarkisyanın və ondan öncəkilərin yürütdükləri ianə toplamaq siyasətinin bu dəfə Paşinyan tərəfindən davam etdiriləcəyinə işarə edir. Lakin iqtisadçı Taron Əcəmoğlunun ianə vermək deyil, əksinə, xidmətinə görə pul qoparmaq istəyi onun barəsində başqa təsəvvürlər yaradıb. Misal üçün, N.Paşinyanmdan 300 000 dollar tələb edən Əcəmoğlunun Ermənistanın iqtisadiyyatına səmərə verməyəcəyi iddiası ortaya qoyulur. “Bəli, Taron Əcəmoğlu tanınmış iqtisadçıdır, iqtisadiyyata aid çoxsaylı və qəbul edilən kitabların müəllifidir”-deyə yazan Qarik Gevorkyan digər amilə toxunaraq qeyd edir ki, Əcəmoğlu erməni olmasına rəğmən, o Ermənistandan deyil və bu ölkənin vətəndaşlığını daşımır: “O, Ermənistandakı mövcud vəziyyəti nəzarət edə bilmir və bilə də bilməz, eləcə də Ermənistanın ictimai-siyasi, iqtisadi reallığını da tezliklə qəbul etmək iqtidarında deyil. Halbuki, Ermənistanda müəyyən mütəxəssislər var ki, onlar da Əcəmoğlunun teoriya billgisinə malikdirlər. T.Əcəmoğlu Ermənistan barədə geniş məlumatlara sahib olmadığını etiraf edib və bu baxımdan, teoretik qarantiyalar verə bilər ki, onların da qiyməti, yaxud koeffisienti yumşaq desək, müəmmalı görünür”.

Əcəmoğlunun Paşinyanda pul istəməsi təqhirdir?

Beləliklə, sözügedən məsələdə əsas hədəf kimi erməni mənşəli iqtisadçı T.Əcəmoğlunun Ermənistan iqtisadiyyatına hətta alacağı pullar müqabilində heç bir səmərə verə bilməyəcəyi qoyulsa da, digər tərəfdən N.Paşinyanın ona etibar etməsi amili də nəzərə çarpır. Daha doğrusu, erməni baş nazirinin Ermənistanın çökmüş iqtisadiyyatının bərpası üçün, bu ölkəni köklü şəkildə tanımadığını etiraf etmiş Əcəmoğluna etibar etmək istəyi bu ölkənin ictimai-siyasi və s. dairələri tərəfindən qınanılır. Çünki ortada digər məsələ də var...Misal üçün, Gevorkyan məqaləsinin sonunda yazır ki T.Əcəmoğluna gəlincə, onun məsləhətləri, tövsiyələri səmərə verə də bilər, lakin başqa tərəfdən, erməni diasporunun üzvü olaraq, onun bu məsələdə pul tələb etməsi ötən müddət ərzində Ermənistanda qalaraq, heç yerə getməmiş, Sarkisyan iqtidarı tərəfindən talan edilmiş erməni vətəndaşları üçün təhqirdir. “Bu ermənilər ölkəni tərk edərək, prestijli təhsil müəssisələrində təhsil almayıblar və diasporadan olan bəziləri kimi öz patriotluqlarını xidmətləri müqabilində pula satmayıblar”-deyə erməni müəllif yazır.Nəticə etibarı ilə sözügedən məsələni həm də belə təhlil etmək mümkündür ki, Qarik Gevorkyan öz yazısında T.Əcəmoğlunun Paşinyadan məlum məsələyə görə 300 000 pul istəməsini təhqir kimi qəbul edib, eləcə də baş nazirin ölkə iqtisadiyyatını dirçəltmək gücündə, savadında olmadığını dolayısı ilə vurğulayıb. Bu reallıq isə eyni zamanda belə nəticəyə gəlməyə zəmin yaradır ki, hətta dünyanın ən güclü iqtisadi teoretikləri belə, çökmüş Ermənistan iqtisadiyyatını ayağa qaldırmaq gücündə deyil. Bunun isə bütün günahları əlbəttə ki, ilk növbədə işğalçılıq siyasətinin davam etdirilməsi, ölkənin bir sıra layihələrdən kənarda qalması, ianələr hesabına zor-güclə ayaqda qalmasıdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər