Siyasət

  • 4 803

28 il əvvəl baş vermiş soyqırımı - RUSİYA MƏTBUATI

image

MDB məkanının ən pis faciələrindən birinin dəhşətli hekayəsi

Rusiya ura.ru saytında Azərbaycanda törədilən və azərbaycanlıların vəhşicəsinə qətli ilə nəticələnən Xocalı soyqırımı haqda məqalə dərc edib. Məqaləni olduğu kimi təqdim edirik.Fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində tarixin ən qanlı hadisələrindən biri yaşandı, Xocalı qətliamı baş verdi. 1992-ci ildə Ermənistan hərbi qüvvələrinin hücumu bir xalqın faciəsinə çevrildi. Müxtəlif mənbələrə görə, Xocalı şəhərinə erməni qüvvələri tərəfindən hücum zamanı 613 mülki şəxs qətlə yetirildi. Həlak olanların qohumları 28 ildir həmin gecə baş verən hadisələri törədənləri, günahkarları tapmağa çalışır.Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun sözlərinə görə, 1992-ci ilin noyabr ayından etibarən şəhər mühasirəyə alınıb, elektrik, qida, nəqliyyat əlaqələri kəsilib. Erməni hərbi birləşmələrinin tərəfində Suriya, Livan və Fələstindən gələn silahlı hərbçilər döyüşüb.Tarixçi Zaur Mehdiyevin fikrincə, azərbaycanlı döyüşçülər, şəhərin çevik qüvvələri və polislərinin arsenallarından olan silahla vuruşan xalq dəstəsi idi: “Silahlı bir düşmənə qarşı çıxacaq heç bir şey yox idi. Bundan əlavə, zərbələr endirən “MDB ordusunun 366-cı motoatıcı alayı” nın hansı hərbi hissə olması hələ də məlum deyil. Bununla bağlı sənədlər yoxdur", deyə Mehdiyev bildirib.Məhz bu alay, fevralın 25-dən 26-na keçən gecə Xocalını raket atəşinə tutur. Ardınca isə təmizləmə başlayır. Tədqiqatçılar faciə qurbanları arasında daha 1200 nəfərin də olduğunu deyirlər. Bu qədər sayda insan da itkin düşənlər sırasındadır. Şahidlərdən biri deyir ki, həmin gecə erməni tərəfi guya cinayət izlərini itirmək üçün dağ kimi toplanan cəsədləri yandırıb basdırıblar. Tarixçilər bunun izsiz yoxa çıxanlarla, min nəfərlə eyni sayda olduğunu istisna etmirlər.Hücum hekayəsindəki mübahisəli məqamlardan biri də erməni tərəfinin guya Xocalının mülki əhalisinin təxliyəsi üçün təmin etdiyi humanitar dəhlizin olmasıdır. Azərbaycanlılar bunu əfsanə adlandırırlar. Tarixçi Mehdiyevə görə, belə bir dəhliz mövcud olsaydı və bu barədə məlumat əvvəlcədən ötürülsəydi, əhali arasında bu qədər itki olmazdı.“Hücumun elan edilməsi yalandır, o vaxta qədər şəhərlə əlaqə yox idi. Xocalıda “təmizləmə” işləri başlayanda naməlum şəxslər, bəlkə də təxribatçılar şəhərdən çıxış yolunun olduğunu iddia edərək sakinləri şərq istiqamətinə göndərdilər. Təxminən 80%-i əsasən qadınlar və uşaqlar olan əhali bu qondarma "dəhliz"də öldülər. Artıq orada zirehli maşınlar var idi”, - deyə Rizvan Hüseynov qeyd edib.O, bir neçə ildir faciənin sağ şahidləri ilə işləyir və onların şəxsi xatirələrini də qoruyur və bombalanma zamanı şaxtada qadınların qucağında uşaqları ayaqyalın necə qaçdıqlarını da danışır. “Mənə bir neçə qadının ümumi qrupdan ayrılaraq meşəyə qaçdığı barədə bir hadisəni danışdılar. Birinin qucağında yenicə doğulmuş bir körpə vardı. Onların yerinin bilinməməsi üçün qadın öz uşağının ağlamasının qarşısını almaq məqsədilə körpəni boğmaq qərarına gəlib", deyə o olanları danışır.Edamlar qohumlarının gözü qarşısında həyata keçirilib. Yaşlı bir adam nəvəsinin öldürülməməsi üçün necə dua etdiyini danışır. Digər şahidlər insanların qəsdən necə tələlərə qovulduğunu və çaylarda boğulduğunu xatırladılar."Ər və arvadı tikanlı məftillərlə zirehli texnikalara bağladılar və ölənə qədər bu formada dartdılar", deyə tarixçisi Hüseynov daha faciəli bir hadisəni bölüşür.Azərbaycan tərəfi 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində şahidlərin ifadələri də daxil olmaqla Xocalı işi ilə bağlı toplanmış bütün məlumatları İnterpola təqdim edib. Ancaq heç bir reaksiya olmayıb. Tarixçi Hüseynov deyir ki, İnterpol tərəfindən axtarılanların sayı daim dəyişir və artır. Son məlumatlara görə, onlar təxminən 300 nəfərdir. Ancaq heç kim tutulmayıb və cəzalandırılmayıb. Xarici İşlər Nazirliyi və Azərbaycan Baş Prokurorluğu faciədən dəyən maddi ziyanı 170 milyon dollar dəyərində qiymətləndirir.

sia.az

Digər xəbərlər