Siyasət

  • 10 701

Hikmət Babaoğlu: Azərbaycanfob mərkəzlər sinxron fəaliyyət göstərərək milli maraqlarımıza xəyanət edirlər

image

“Hazırda Azərbaycan bütün milli resurslarını, o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir. Ön cəbhədə olduğu kimi, informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir. Ərazi bütövlüyümüzn bərpa olunmasını istəyir: “Bu haqq milli haqqımız, bu dava milli davamızıdr. Ancaq təıssüf ki, içərimizdə olan “beşinci kolon” nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər. Başda Əli Kərimli olmaqla bir qrup radikal xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir, onun qətiyyətinə, mübarizə əzminə kölgə salmağa çalışır. Xaricdə yaşayan Sevinc Osamanqızı, Arif Məmmədov, Vidadi İskəndərli və digər bəziləri azərbaycanlıların keçirdikləri dinc nümayişləri ermənilərin prizmasından qiymətləndirirək onu gözdən salmağa çalışır, gərəksiz və lüzumsuz addım kimi qiymətləndirirlər. Belə yanaşma, əslində, xalqımızın milli davasına xəyanətdir”.
“Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, müxtəlif internet resurslarında fəal olan bu şəxslər, sanki, eyni mərkəzədən direktiv almış kimi sinxron hərəkət edir, xalqımızın milli davasını və milli maraqlarını hədəfə alırlar. Son günlər həmin şəxslərin mətbu fəaliyyətlərinin məhz dinc nümayişçilərimizin fəaliyyətinin tənqidinə, onun gözdən salınmasına fokuslanması bir daha onların azərbaycanafob mərkəzlərlə sinxron hərəkət etmələrini ortaya qoyur. Ancaq Azərbaycan xalqının milli yaddaşı bütövdür, obyektiv əsaslarda formalaşıb. Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza ictimai qınaqdırsa, sabah seçki qutularının başnda ona xəyanət edənlərin boykot olunmasıdır. Ona görə də hər kəs əmin olsun ki, xalqımızın nümayiş etdirdiyi bu milli birlik və həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək, ona mane olanlar isə yenə də siyasi sistemimizin autsayderləri olaraq qalacaqlar”,-deyə Hikmət Babaoğlu bildirib.

yap.org.az

Digər xəbərlər