PDF Oxu

Siyasət

  • 893

Qubadlının yeni inkişaf tarixi başlanıb - ŞƏRH

Qubadlının yeni inkişaf tarixi başlanıb - ŞƏRH

Bu günümüzün qürurverici hadisələrindən biri torpaqlarımızın işğaldan azad edilməsi
günlərinin qeyd olunmasıdır. Yaşadığımız bu qürurlu anlara, tariximizin şərəfli
günlərinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli
Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu
qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Dövlət başçısı İlham Əliyevin
Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Bu
sənədə əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən bir il sonra, 2021-ci ilin 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirmişdir ki, Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlamışdır.
Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir
yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar.
Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı
qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Dünyaya bir daha sübut olundu
ki, ən güclü ordu Azərbaycan Ordusudur. Qubadlının azad edilməsi əməliyyatı bir neçə
gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək
üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən
müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi
peşəkarlıq və fədakarlıq tələb edirdi. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri
şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda
başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və
rayonun 41 kəndi azad olundu. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol
açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad
edildi və beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Qubadlıdan sonra Ordumuz zəfər
yürüşünü, zəfər missiyasını şərəflə davam etdirərək noyabrın 8-də Şuşada Azərbaycan Bayrağını ucaltdılar. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq Sərəncamları ilə
“Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Qubadlı yeni inkişaf
dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur.
İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında
qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər
görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında qurulan torpaqlarımız
dünyanın diqqətindədir. Azərbaycanın beş ildə bu ərazilərdə gördüyü bərpa-quruculuq
işlərini ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntılarla müqayisə edəndə
dünya bir daha ermənilərin necə vəhşi millət olduğunun şahidinə çevrilirlər.
Azərbaycan xalqı qurucu, tarixinə, hər qarış torpağına sahib çıxan xalqdır. Dövlət
başçısı İlham Əliyev daim ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımızı
belə düşmənə verməyəcəyik. İşğaldan azad edilmiş şəhərlərimizin Baş planları təqdim
edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. Əsas diqqət çəkən məqam bərpa-quruculuq işlərində qədimliklə müasirliyin sintezinin yaradılmasıdır. Bu məqam Qubadlı şəhərinin Baş planında da öz əksini tapıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Yol infrastrukturunun yenilənməsinə xüsusi diqqət göstərilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərlərinin hər biri qubadlıların Böyük Qayıdışını sürətləndirən addımlarla zəngindir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər